“Mançester Yunayted” Karl Darlounu transfer edib.
"Football-plus.az" xəbər verir ki, 35 yaşlı qapıçı ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Razılaşmaya sözləşmənin müddətinin daha bir il uzadılmasının mümkünlüyü ilə bağlı bənd də daxildi. Darlou “Mançester Yunayted”ə “Lids Yunayted”lə müqaviləsi qüvvədən düşəndən sonra azad agent kimi keçib.
Tanınmış jurnalist Fabritsio Romanonun məlumatına görə, bu transferdən sonra Altay Bayındırın da “Yunayted”dən ayrılması gözlənilir.