“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi cinah müdafiəçisi Abdul Raşid Muminini heyətinə qatıb. Benin yığmasının üzvü ilə iki illik (1+1) müqavilə imzalanıb.
21 yaşlı futbolçunun son klubu “Sumqayıt” olub.