İcraiyyə Komitəsi əvəzetmə sayının artırılmasını müzakirə edəcək

28.04.2022 18:01 597
Ölkə futbolu
Aprelin 29-da Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Saat 13:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Birinci Divizionda çıxış edən komandalarla bağlı müzakirə
2. Legioner limitinin müzakirəsi
3. Azərbaycan çempionatında əvəzetmə sayının artırılması
4. AFFA-nın Yoxlama və Təftiş Komitəsi ilə bağlı müzakirə
5. Digər məsələlər