Mundialı antirekordçu kimi tərk edib

17.07.2026 23:11 16
Dünya futbolu
Kriştiano Ronaldo dünya çempionatını antirekordçu kimi tərk edib.

"Football-plus.az" xəbər verir ki, Portuqaliya millisinin hücumçusu mundialların pley-off mərhələsində oyundan qol vurmadan ən çox matça çıxan hücumçu olub.

Ronaldonun hesabında bu göstərici üzrə 10 oyun var. 41 yaşlı futbolçu pley-off mərhələsində indiyədək yalnız 1 qol vurub. O, DÇ-2026-nın 1/16 finalında Xorvatiya ilə matçda (2:1) penalti zərbəsini dəqiq yerinə yetirib.

Portuqaliya DÇ-2026 ilə 1/8 finalda İspaniyaya 0:1 hesabı ilə uduzaraq vidalaşıb.