• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Arda Turan: “Qalatasaray”ı kənardan sevmək də bir xidmətdi” - MÜSAHİBƏ

Dünya futbolu

28-05-2022, 16:0

Arda Turandan duyğusal və maraqlı açıqlamalar...

“Qalatasaray”ın dünyaca məşhur kapitanı Arda Turan xanımı Əslihan Doğanla birgə klub telekanalında görünüb. Daha doğrusu, “Sarayın ulduzları” proqramının aparıcısını evində qəbul edən 35 yaşlı futbolçu özəl həyatı, planları ilə bağlı bəzi maraqlı məqamları açıqlayıb.

- Oğullarınızla birgə “Əli Sami Yen İdman Kompleksi Nef Stadionu”nun qazonuna çıxarkən nələri hiss etdin?

- Uşaq vaxtı çıxdığım qazon köhnə “Əli Sami Yen”di. Bu qazona da köhnənin davamı kimi baxıram. “Qalatasaray”lıların “Əli Sami Yen”i unutması mümkün deyil. Təbii ki, mənim üçün də oğlumla birgə orda olmaq özəl an idi. Oğullarımın stadionu görməsi, bu hissi yaşaması karyeramdakı çempionluqlar, kuboklar qədər önəmlidi. Çox şükür ki, oğullarımız stadionumuzu gördü. Xanımıma da sizin hüzurunuzda təşəkkür edirəm. Oğullarım “Qalatasaray”, “Cimbombom” deməyi öyrənib, o sahəyə çıxdılar. Fürsət düşmüşkən, deyim ki, xanımımın gördüyü işlərlə qürur duyuram. Adamlar tərəfindən izlənilmək, bu marağı qarşılamaq – özü də iki uşaq anası üçün və analıq vəzifələrini əsla unutmadan! – heç də asan deyil.

- Arda Turan necə bir həyat yoldaşıdı?

Arda Turan: “Qalatasaray”ı kənardan sevmək də bir xidmətdi”


- Çox güman, çətin adamam. Axı daim mənim işimə, peşəmə, oyunuma bağlı şəkildə yaşamaq çətindi. Xanımım bunu hiss etdirməməyə, daim mənə yardımçı olmağa çalışır. Mən həm çox önəmli qərarlar verən, həm də duyğusal biriyəm. Bəzən çətinlik çəkirəm. Xanımım hər şeydən əvvəl mənim üçün çox yaxşı bir dostdu, dəstəkçimdi. Ailə olmaq ikimizin də xəyalı idi. Açığı, ikimiz də yaxşı gənclik yaşamış adamlarıq. Uşaq istədiyimizə qərar verən zaman, uşaqlar dünyaya gələn zaman da çox yaxşı ailə ortamı yarandı. Uşaqlar bizi də böyütdü. Artıq daha çox bir yerdəyik, daha çox bir-birimizi dinləyirik. Məncə, evliliyimizin əvvəlində möhtəşəm eşq var idi, indi də hüzur içində davam edir. Hər kəsin evində hüzur olması çox önəmlidi. Uşaqlar özəlliklə anaya əmanətdi, adamın bu mövzuda xanımına güvənməsi çox önəmlidi. Əslihan hər mövzuda etibarlı adamdı, gerçəkçidi. Bəzən hətta həddən artıq dürüstdü. Bu üzdən çox xoşbəxt və hüzurlu ailəmiz var. Bu günə qədər etdiklərindən dolayı ona minnətdaram. Çətin adam olduğumu bilirəm, ancaq bunları qəsdən etmirəm. Əslihan möhtəşəm bir xanım və möhtəşəm anadı.

- Oğurllarınızın idmançı olması istəyərsizmi?

- Açığı, idmançı olmağın çox asan olmadığını düşünürəm. Çətindi, amma nədən olmasın?! Ayhan abinin oğlu Həmzəni Kadıköy səfərində izlədim. Sadəcə, mənimkilərin yox, hər kəsin cocuğunun bir idman komandasına qoşulması çox dəyərlidi. Təbii ki, söhbət təkcə idmanla, futbolla peşəkar şəkildə məşğul olmaqdan getmir. Bu üzdən oğullarımın ikisini də idmanın hansı növünü istəsələr, ora da yönəldəcəm. Onların inkişafı üçün çox önəmlidi bu. Amma mənim üçün həm də uşaqların dürüst, ailələrinə bağlı adam olması, daim vətənə xidmət hissi ilə yaşaması önəmlidi.

- İllər öncə Ayhan Akmanın əvəzinə meydana çıxan Arda Həmzə Akman onu əvəz edəndə nələr yaşadı?

- Oğlumuza Həmzə adını qoymaq fikri Ayhan Akman ilə bərabərkən gəlmişdi. Toplanış zamanı, eyni otaqda qalarkən bu haqda danışmışdıq. Hətta Əslihanla evlənərkən də şərtlərimdən biri bu idi. Razılaşmışdıq ki, bir gün oğlumuz olarsa, adını Həmzə qoyacağıq. Həmzə Akmanın uşaqlığı da gözümün önündə keçib. Ayhan abi onu məşqə gətirirdi, hətta biz də onunla oynayırdıq. Daha sonra topa yeni toxunmağa başladığı illəri gördük. Təbii ki, onun inkişafını izləmək, illər sonra onu “Qalatasaray”ın heyətində görmək böyük qardaşı, ailə dostu, atasının önəmli komanda yoldaşı kimi məni xoşbəxt etdi. Atası Ayhan Akman fikirlərinə çox dəyər verdiyim bir “Qalatasaray”lıdı. Ayhan Akman zaman-zaman bu ölkədə futbolçuluğuna və insanlığına dəyərindən az qiymət verilən adamdı, daim belə düşünmüşəm. O üzdən Həmzəni görərkən çox təsirləndim, həm də bu məqam çox xoşuma gəldi. Efe də eləcə. U-17-lər arasında Avropa çempionatında ölkəmizi təmsil etdilər. İkisi də çox istedadlıdı. Özəlliklə “Qalatasaray”a çox böyük fayda verə biləcək iki gənc istedad kimi görürəm onları, ümid edirəm ki, belə də davam edərlər. Ayhan abi də, xanımı Gizəm də övladlarını çox yaxşı böyüdüblər. Nümunəvi ailədi. Bir ata-ana belə övlad yetişdirirsə, meydandakı, altyapıdakı davranışı dərhal gözə dəyir. Bilirsiz ki, altyapıdakı uşaqlarla yaxından maraqlanıram.

- Əslihanla tanışlıq tarixçəniz necə olub?

- Əslihanın nə qədər gözəl olduğunu daim eşidirdim. Açığı, mən xanımımın gözəlliyi ilə daim qürur duyuram. Futbola daha yeni başladığım dönəmdə, Paf takımdan A komandasına çıxdığım dönəmlərdə Əslihanın gözəlliyi ilə bağlı çox eşitmişdim. Ortaq dostlar vasitəsi ilə Əslihanla tanışlıq imkanı qazandım və uzun illər çox yaxşı dost olduq. O ölkə xaricində olarkən, mən də başqa ölkədə karyeramı davam etdirərkən də dostluğumuz var idi. Yaxşı dostluğumuz sevgi münasibətlərinə çevrildi və evləndik. Əslihanın xarakterini, tövrünü sevirəm, çünki peşəsinə çox bağlıdı. Onunla musiqi zövqlərimiz oxşar deyil. Barış Mançonun mahnılarını ikimiz də çox sevirik, 90-lar, 80-lər ilə bağlı üst-üstə düşən yönlər var. Mən Müzəyyən Senarı çox sevirəm və dinləyirəm, Mustada Ceceli də çox yaxşı bir “Qalatasaray”lıdı. Onun mahnılarını da çox sevirik. Oğullarımız Həmzə və Asil də onun mahnılarına vurğundu.

- Arda, futboldan gedirsən, yoxsa getmirsən?



- Bu sualın cavabını bilmirəm. Xanımım da soruşdu, oturub danışacağımızı dedim. Bəlkə futboldan gedəcəm, bəlkə də getməyəcəm. Amma geri dönüb baxdıqda “Qalatasaray” tərəfdarına, camiəsinə sona qədər haqqımı halal edirəm. İnanın mənə. Üzüntüsü, sıxıntısı ilə birgə çox çətin yolçuluq idi, amma çox gözəl idi. Sadəcə, bunu istəyirəm: adamlar mənim “Qalatasaray”lı olduğumu anlatmağıma izn verməsinlər, buna ehtiyac yoxdu. Çünki mən “Qalatasaray”lıyam və həyatım boyunca hər davranışımda, hərəkətimdə bunu göstərdim. “Qalatasaray” çempion da olacaq, kuboklar da qazanacaq, amma dəyərlərinə daim sadiq qalmalıdı. Personala sahib çıxmalıdı, altyapı ilə maraqlanmalıdı, klub içindəki başqa idman növləri ilə maraqlanmalıdı. “Qalatasaray”ın maliyyə, idarəçilik durumu ideal olmalıdı. Komanda yoldaşlarıma sona qədər inanır və güvənirəm. Hər birinə təşəkkür edirəm. Həyatımın hansı anı olur-olsun, bilirlər ki, bir telefon zəngi qədər uzaqlarındayam. Mən “Qalatasaray”ın qapısından içəri girəndə 1999-cu il idi, sentyabrın 7-si... Bu gün 2022-dəyik. Aradan keçən müddətdə “Qalatasaray”dan heç ayrılmadım. Getdiyim dönəmdə də “Qalatasaray”ın transferləri ilə bağlı başqalarıyla danışdım. “Qalatasaray” kimi alacaqdısa, o oyunçu ilə danışdım, birini düşünürdülərsə də, danışdım, altyapının oyunlarını izlədim. Özümü tanıyandan bəri “Qalatasaray”lı olduğum üçün. Vidalaşmaq üçün Floryaya da getmədim. Həqitən dözə bilmərəm. Futbolçularla ayrılığa dözə bilərəm, amma personalla ayrılığa yox. Mənim üçün çox qiymətlidilər. Həmişə “Qalatasaray”lıyam, həmişə bu kluba xidmət edəcəm. “Qalatasaray”ı kənardan sevmək də bir xidmətdi. Xeyirlisi!

- Futbol həyatına təsir göstərən adamlar kimlərdi?

- Altyapıdan başlamaq lazımdı. Əli Yavaş hocadan, Əhmət Gənc hocadan, Rəcəp Yazıcıdan, Əhmət Kəskinkılıç hocadan, Salih hocadan. Amma 2003-ə gəlsək, mən hələ Paf takımda və gənclərdən ibarət komandadaydım. O vaxt 14-16 yaşlılar deyilirdi. Fatih Terim ora gəlib bizi A komandasına götürdü və peşəkar müqaviləyə imza atdırdı. Uşaq ikən ailə saxlaya bilən və ailəsinə dəstək olmağa çalışan adam halına gəldik. Aysonları kartla pul çıxarırdıq... Həmişə deyirəm ki, buna Fatih hoca vasitə oldu. Mən də həyatım boyunca ona sevgi və sayqı ilə, onun mənə öyrətdiyi dəyərlər ilə bu mücadilənin içində olmağa çalışdım. İnanıram ki, Fatih hoca məni hər dəfə önəmli yerdə görəndə qürur duyub. Dediyim ki, Fatih Terim futbol həyatıma təsir göstərən isimlərin önündə gəlir.

- Baş məşqçi olmağı düşünürsənmi?

- Günlərin birində oynadığım komandalardan birinin başına keçmək istərdim.

- Karyeran boyunca heç unutmadığın matçlar varmı?

- Ən çox sevindiyim köhnə “Əli Sami Yen”də “Fənərbaxça”nı 1:0 yendiyimiz derbi var. Tərəfdar kimi UEFA kubokunu qazandığımız oyunu yaddan çıxara bilmərəm. Onda 12 yaşım var idi. Sivasdan təyyarə ilə dönərkən də çox xoşbəxt idim, 3 qol vurmuşdum, het-trik etmişdim. Və ötənilki Kadıköy səfəri... Açığı, o oyunda qalib gələrkən çempion olacağımızı düşünürdüm. Qazandıq, amma təəssüf ki, bir qolla, çox dramatik şəkildə çempionluğu əldən verdik. Kadıköydəki qələbə mənim üçün çox gözəl an oldu, hətta karyeramdakı önəmli formalar arasına onu da qoydum.

- “Atletiko” və “Barselona”da ölkəmizi təmsil etməklə bağlı nə düşünürsən?

- Bunu söyləmək lazımdı. Adamlar Türkiyə kubokunu qazanmaqda belə çətinlik çəkirlər. Həyatda bir kubok qazanmaq da çətindi. Təbii ki, o kubokların əhatəsində olarkən bunu anlamırsan. Ölkəmi uğurla təmsil etmək, Türkiyə bayrağı ilə oralarda olmaq çox önəmli idi. Daim finalların haqqını verdim. Məhsuldar ötürmələr verdim, vacib iş gördüm. Ötən gün bir yerdə rast gəldim bu ifadəyə: peşman olmağa zaman yox! Karyeram o qədər sürətli keçdi ki... Nə qədər böyük oyun, nə qədər həyəcan yaşadım...

- “Qalatasaray”a son gəlişində məşqə çıxarkən nələr hiss etdin?



- Son gəlişimdə məşqdən əvvəlki gecə çox duyğusal idi. Çünki gələnə qədər sıxıntılı durum var idi. 6 ay gözləməyə məcbur olmuşdum. Əslində özümü bu komandadan heç ayrılmamış kimi hiss edirdim. Florya qəlbimə heç vaxt uzaq deyil. Yəni indi ordan ayrılsam, 50 il sonra dönsəm, yenə eynu hissləri yaşayaram. Florya ilə bağlı hisslərim həmişə belədi. Floryanı heç məşq yeri kimi görmədim ki. Yəni məşqə gedib 12, 24, 36, 48 saat ordan ayrılmadığım vaxtlar da oldu. Ordan basketbola gedirdik, ordan altyapıya gedirdik. Mənim üçün “Qalatasaraylılıq” idman növü ilə bağlı deyil, hər növdə dəstəkləyirəm. Dediyim kimi, Floryaya yenidən qədəm qoyanda həyəcanlıydım, amma uzaq deyildim.

- “Qalatasaray” tərəfdarına hansısa mesajın varmı?

- Bütün bərabər yaşadıqlarımıza, məni karyeram boyunca dəstəklədiklərinə görə təşəkkür edirəm. Hamısına haqqım halaldı. Sağ olsunlar, tribunadan məni daim dəstəklədilər. Bilirəm ki, qəzəbləri də sevgidən idi... Açığı, möhtəşəm günlər yaşadıq. Səs-küylərindən onlar üçün ən gözəl oyunçulardan biri olduğumu bilirdim. Daim bunu hiss etmişəm. Hər şey çox gözəl idi, təşəkkür edirəm.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-05-2022, 17:0

Van Anholt əsəbləşdi, Arda onu sakitləşdirdi

Dünya futbolu

14-05-2022, 18:0

Arda Turan karyerasını bitirir

Dünya futbolu

18-05-2022, 13:0

Bu futbolçu "Qalatasaray"dan ayrıldığını açıqladı

Aktual
“Qarabağ” “qum saatı”nı qurdu - yenə nə olub?
Emin Mahmudov “Neftçi”dən gedir?
“Finalda “Qarabağ” olsaydı, fərqli mənzərəyə şahidlik edə bilərdik” - tribunalar niyə dolmadı?
“Sabah” Dəniz Akademiyasının, “Zirə” “Naxçıvanski”nin tələbələrini gətirdi
Paytaxt derbisi haqda bəd xəbər - həm "Sabah", həm də "Neftçi" üçün çətinlik...
Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
Son xəbərlər
  • Bu gün, 12:59
    Ən yaxşı məşqçi adına namizədlər müəyyənləşdi
  • Bu gün, 12:45
    Prestianninin qorxduğu başına gəldi
  • Bu gün, 11:57
    Mourinyo “Real”a hansı şərtlər irəli sürüb?
  • Bu gün, 11:31
    Acun Ilıcalı: ''Bu işi kim icra edibsə, futbol dünyasına pislik gətirib''
  • Bu gün, 11:09
    Messi qollarının sayını 909-a çatdırdı
  • Bu gün, 10:51
    Üç güləşçimiz finalda - AÇ
  • Bu gün, 10:26
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 10:17
    "Neftçi" bu gün iki oyun keçirəcək - Dünya Seriyası
  • Bu gün, 10:11
    Rəşad Sadıqov büdcədən narazılıq edir, amma heyətdə artıq futbolçular var
  • Bu gün, 10:04
    Azərbaycanda ilk dəfə...
  • Bu gün, 09:58
    İngiltərə klubu casusluq edib?
  • Bu gün, 09:38
    1-ci liqada 27-ci çempion
  • Bu gün, 09:20
    “Araz-Naxçıvan”ın qələbəsi - VİDEO
  • Bu gün, 09:05
    Dibala mundialda niyə iştirak etməyəcək?
  • Bu gün, 09:00
    “Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı - YENİLƏNİR
  • Dünən, 23:59
    “Həmişə futbolçularıma deyirəm ki, hər oyun…” – Andrey Demçenko
  • Dünən, 23:40
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 23:18
    "Bəzi şeylər keçən ilə baxanda daha yaxşıdı" - Azər Bağırov
  • Dünən, 23:07
    “Qarabağ” “qum saatı”nı qurdu - yenə nə olub?
  • Dünən, 22:44
    Finalda şou təşkil ediləcək
  • Dünən, 22:19
    “Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
  • Dünən, 22:15
    Emin Mahmudov “Neftçi”dən gedir?
  • Dünən, 21:07
    Karrik üçün gözlənilən qərar
  • Dünən, 20:37
    Peres postunu qorumağa çalışacaq
  • Dünən, 20:04
    “Çox üzgünəm, amma həyat davam edir” – Fizuli Məmmədov
  • Dünən, 19:43
    “Çünki onların qiyməti artıq bahadı” – Kaxaber Sxadadze
  • Dünən, 19:27
    Klubunda 17 illik çıxışını başa vuracaq
  • Dünən, 18:57
    “Şəfa” çempion oldu, "Səbail" xal itirdi - YENİLƏNİB
  • Dünən, 18:35
    "Araz-Naxçıvan" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 18:21
    “Fənərbaxça”da yenidən Əziz Yıldırım dönəmi başlaya bilər
  • Dünən, 18:03
    “UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri - FOTO
  • Dünən, 17:35
    “Finalda “Qarabağ” olsaydı, fərqli mənzərəyə şahidlik edə bilərdik” - tribunalar niyə dolmadı?
  • Dünən, 17:20
    “İnter” 16 ildən sonra “qızıl dubl” etdi! - İCMAL
  • Dünən, 17:01
    “Sabah” Dəniz Akademiyasının, “Zirə” “Naxçıvanski”nin tələbələrini gətirdi
  • Dünən, 16:40
    “Kristal Pelas” və “Rayo Valyekano” ilk dəfə finala vəsiqə qazandılar - İCMAL
Daha çox
Oxunub: 540
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 283
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 258
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 232
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 206
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 197
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə