Səudiyyə Ərəbistanı klubunda yeni təyinat

6.07.2026 17:08 13
Dünya futbolu
“Əl-Nəssr”in yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, komandanı bundan sonra Angelos Postekoğlu çalışdıracaq. Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. Avstraliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

60 yaşlı məşqçinin sonuncu komandası “Nottingem Forest” olub. Heyətində Kriştiano Ronaldo, Sadio Mane, Kinqsli Koman, Joao Feliş kimi məşhur futbolçuların çıxış etdiyi “Əl-Nəssr” Səudiyyə Ərəbistanının son çempionudu.