“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır

6.07.2026 15:11 10
Ölkə futbolu
Konfrans Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Torpedo” (Gürcüstan) oyununun biletləri iyulun 7-də, saat 12.00-da satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20, və 50 manat təşkil edir.

Azarkeşlər biletləri “Zirə İdman Kompleksi”ndə və “Azfar”ın “Baku Arena” filialında əldə edə bilərlər.

"Zirə" - "Torpedo" matçı iyulun 8-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçiriləcək. Oyun yerli vaxtla saat 20.00-da start götürəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul