FİFA referisi Tural Qurbanov növbəti təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Deçiç” (Monteneqro) - “Liepaya” (Latviya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Görüş iyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda, Bakı vaxtı ilə saat 22.30-da başlanacaq.