Çili yığmasını Berisso çalışdıracaq

28.05.2022 15:09 403
Dünya futbolu
Çili millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Milli komandanı bundan sonra Eduardo Berisso çalışdıracaq.

Federasiyanın mətbuat xidmətinin məlumatında 57 yaşlı argentinalı mütəxəssis ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, Berisso 2007-10-cu illərdə də Çili millisində köməkçi-məşqçi kimi işləyib. Onun sonuncu iş yeri isə Paraqvay yığması olub.