• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qeyri-təvazökar agent - YAZI

İdman

21-05-2022, 23:0

Aprelin 28-də Mino Rayolanın dünyasını dəyişməsi ilə bağlı xəbər yayıldı.

Avropanın bir çox məşhur kütləvi informasiya vasitələrinin məlumatında italyanəsilli niderlandlı agentin 54 yaşında ağır xəstəlikdən vəfat etdiyi bildirildi. Onun yaxınları elə həmin gün bu məlumatı təkzib etsələr də, aprelin 30-da Rayolanın öldüyü rəsmən açıqlandı...

Hələ yanvarda uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkən Rayolanın Milanda təcili xəstəxanaya yerləşdirilməsi və əməliyyat olunması ilə bağlı xəbər yayılsa da, sonradan yaxınları bunu təkzib etmişdilər. Onlar “Mino narkozdan istifadə edərək adi tibbi müayinədən keçirdi. Bu rutin yoxlamadı, heç bir təcili müdaxilə olmayıb”, - deyə bildirmişdilər. Amma Erlinq Holann (Borussiya D), Pol Poqba (Mançester Yunayted), Canluici Donnarumma, Marko Verratti (hər ikisi PSJ), Matteys de Liqt (Yuventus), Zlatan İbrahimoviç (Milan) kimi məşhur futbolçuların menecerinin vəziyyətinin ağır olduğu dəqiq idi. Çünki Rayola ilə 2015-ci ildən birgə işləyən köməkçisi, sabiq ispaniyalı futbolçu Xose Fortes Rodriges xəbərə reaksiya verərkən Minonun xəstəliyinin ciddi olduğunu, lakin ölmədiyini demişdi. Elə həmin cümə axşamı səbəbkar da haqqında gəzən şayiəyə münasibət bildirmiş, bu barədə öz “tvitter” hesabında paylaşım edərək çox qəzəbləndiyini yazmışdı:

“Maraqlananlar üçün hazırkı sağlamlıq vəziyyətimin pis olmadığını bildirirəm. Amma mən qəzəblənirəm! Məni 4 ayda ikinci dəfə öldürdülər. Deyəsən, mən də dirilməyi bacarıram...”

Hətta çətin vəziyyətində belə qeyri-adi açıqlamasından qalmamışdı. Ümumiyyətlə, menecerlik sahəsində ən yaxşı olmasa da, dünyanın sayılıb-seçilən futbol agentlərindən idi. 54 il yaşasa da, futbol tarixinə unudulmaz transfer əməliyyatçısı kimi düşməyi bacardı.

Əsl adı Karmine olsa da, Mino kimi daha çox tanınan mərhum İtaliyanın Noçera İnferyore şəhərciyində dünyaya gəlmişdi. Amma valideynləri onu tezliklə Niderlandın Harlem şəhərinə aparmışdılar. Daim vətəni ilə əlaqə saxlayan atası orda pitsa restoranı açmış və adını “Neapol” qoymuşdu. Gələcəyin agenti isə yeniyetmə yaşlarından atasına kömək edirdi. Mino hələ uşaq olarkən xarici dilləri asanlıqla öyrənmək bacarığı (gələcəkdə agentlik fəaliyyətində 7 dildə danışacaqdı) ilə seçilirdi. Təsadüfi deyil ki, ailədə holland dilini hamıdan tez mənimsəmişdi. İstedadlı yeniyetmə bir müddət sonra restoranda masalara xidmət edən və döşəməni yuyan oğlandan atasının adından biznes üzrə danışıqlar aparan menecerə çevrildi.

Pitsa biznesi əla gedirdi, amma Rayola təkbaşına inkişaf etmək istəyirdi. 19 yaşında “Makdonalds”ın yerli şöbəsini satın aldı. Bu məkanı tezliklə bina inşa edən şəxsə sataraq milyonçu oldu. Gənc sahibkar bu vəsait hesabına bir neçə niderlandlı futbolçunun A seriyasına yollanmasına şərait yaradan “Intermezzo” şirkətini qurdu. Onlar arasında Dennis Berqkamp da var idi. Gələcəyin mahir futbolçusunun “Ayaks”dan “İnter”ə transferi çox da uğurlu alınmasa da, hücumçu sonradan özünü “Arsenal”da sübut edə bildi. Rayolanın ilk tamhüquqlu müştərisi isə Pavel Nedved oldu. Çexiyalı yarımmüdafiəçi 23 yaşında onun vasitəçiliyi ilə “Sparta”dan “Latsio”ya keçdi.

Rayola həyatı boyunca qeyri-təvazökarlığı ilə seçilib, amma buna görə onu qınamaq çətindi. Futbol agenti bir dəfə “The Athletic” nəşrinə belə demişdi: “Mən oyunu iqtisadi cəhətdən dəfələrlə dəyişmişəm”. Və ya onun “The Financial Times”a açıqlamasını xatırladaq:

“Özündənrazılıq kimi səslənəcək, amma mən futbolda bir müddətdən sonra baş verəcək dəyişikliyi əvvəlcədən görürəm”.

Rayolanın karyerasında tezliklə “Ayaks”da oynayan gənc isveçli hücumçu Zlatan İbrahimoviç peyda oldu. Futbolçu onunla ilk görüşünü həmişəlik yadında saxlayacaqdı: “Biz restoranda masa sifariş etmişdik, mən həqiqətən də, kimi gözlədiyimi bilmirdim. Nəhayət, cins və sadə qara futbolka geyən oğlan gəldi...” Həmin cins və sadə qara futbolkada olan oğlan uzun illər ərzində Zlatanın iştirakı ilə on milyonlarla avroluq bir neçə transfer həyata keçirdi.

Rayolanı nə məşqçilər, nə də azarkeşlər xoşlayırdı. Amma əvəzində bütün futbolçularla əla münasibətləri vardı. “Mən bu biznesdə heç də hamı tərəfindən sevilmək üçün mövcud deyiləm. Mən ailəm və oyunçularım tərəfindən sevilmək üçün burdayam, qalan məsələlərə isə tüpürürəm”, - deyə “The Athletic”ə bildirmişdi.

Həqiqətən də, onu başqaları maraqlandırmırdı. Rayola “avtoritetlər”i saya almırdı. Karyerasında ən səs-küylü münaqişəsi Pol Poqba üzündən ser Aleks Ferqyusonla olmuşdu. “Mançester Yunayted”in akademiyasında diqqətini cəlb edən yeniyetmənin maliyyə vəziyyətini yaxşlaşdırmaq istəyirdi. Lakin klubla razılığa gələ bilmədi və Poqba 2012-ci ildə azad agent kimi “Yuventus”a qoşuldu. Baş məşqçi Ferqyuson bir müddət sonra MY-nin fransız istedadla müqaviləni niyə vaxtında yeniləmədiyi haqda sualı belə cavablayacaqdı: “Pol Poqba? Onun, sadəcə, zibil kimi agenti var. İlk görüşümüzdən ona etibar etməmişdim. Biz Pola “3+1 il” sxemi üzrə yeni təklif irəli sürmüşdük, amma hardansa Rayola peyda oldu...”

Hiyləgər agent 4 ildən sonra həmin dövr üçün ən bahalı keçidi reallaşdırdı: Poqba 105 milyon avroya “Yuventus”dan doğma klubuna “geridönüş” etdi. Amma Rayola bir müddət ötəndən sonra müştərisinin İtaliyadan İngiltərəyə qayıdışını sırf futbol baxımından izah etdi:

“2012-ci ildə İtaliyaya yollanmaq qaçılmaz idi. Əks halda Pol futbolçu kimi qısa zamanda nail olduğu inkişafdan geri qalacaqdı”.

Rayola hətta məşhur məşqçilər haqda mənfi fikirlərini dilə gətirməkdən də heç vaxt çəkinməyib. Məsələn, “Qvardiola fantastik məşqçidi, amma bir adam kimi mütləq sıfır, qorxaq və itdi” demişdi. Bir gün müştərisi Mario Balotellini müdafiə edərkən Yürgen Kloppun da “bostanına daş atmışdı”. Qalmaqallı italiyalı hücumçuya özünü göstərmək şansı verməyən “Liverpul”un çalışdırıcısı haqda “Mario nümunəvi idi, komandadan ayrı məşq edəndə də heç vaxt şikayətlənməyib. Şübhəsiz, Klopp ona qarşı ədalətsiz davranıb, bu məşqçi zibil yığını idi” demişdi.

Minonun dilindən çıxan bu cür fikirlərin sayı-hesabı yoxdu. Bu adam özünü tam işə həsr etmişdi. KİV-də səs-küy qoparır, bununla da müştəriləri üçün çətin dövrlərdə diqqəti onların üzərindən kənara çəkirdi. Canlı qalxana çevrilir və sinəsini ictimaiyyətin bütün çirkabına qarşı verirdi. Futbolçular zərbə altına düşəndə isə onları bütün mümkün vasitələrlə tərifləyirdi. “İbrahimoviç Cokonda kimidi”, - dostu Zlatanı ictimaiyyətə məhz belə qələmə vermişdi. Təəccüblü deyil ki, “Milan”ın hücumçusu futbolçu həyatını başa vurandan sonra Rayolanın agentliyində işləməyi götür-qoy edir. Axı Mino həyatında peyda olduğu bütün futbolçuların dostu idi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-05-2022, 17:0

İbrahimoviç yaşıl meydanı birdəfəlik tərk edəcək?

İdman

11-05-2022, 12:0

Məşhur basketbolçu dünyasını dəyişdi

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 86
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə