Mövsüm sona çatmaq üzrə olsa da, hələ də Zlatan İbrahimoviçin məsələsinə aydınlıq gəlməyib.
Klubu ona çoxdan yeni təklif irəli sürüb. Təcrübəli futbolçu isə seçim qarşısında qalıb. Nikolo Skiranın yaydığı xəbərə görə, 40 yaşlı Zlatan ya “Milan”la müqaviləsini birilliyə yeniləyəcək, ya da yaşıl meydanı birdəfəlik tərk edəcək. Tanınmış jurnalist isveçli hücumçunun tezliklə sabiq mərhum agenti Mino Rayolanın şirkətində işə başlayacağını istisna etmir.