• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik" - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

17-05-2022, 16:0

2 tur öncə 9-cu çempionluğunu rəsmiləşdirən "Qarabağ" bu gün "Dreamland" qolf adasında təşkil olunan tədbirdə uğurunu qeyd edib.


"Bu gün bizim üçün qürurverici gündü. İki cəhətdən çox xoşbəxtik. Əvvəla ona görə ki, hər zaman azad Qarabağı təmsil etməyimizi istəyirdik. Cənab Prezident 44 gün ərzində bizi qələbəyə istiqamətləndirdi. Bir müəssisədə düzgünlük yoxdusa, uğur da olmaz. Qurban Qurbanov da saf niyyətlə "Qarabağ"ı çempion etdi. Çox xoşbəxtəm, futbolçulara salam deyirəm. Bizə çox gözəl günləri yaşadan bütün əməkdaşlarımıza təşəkkürümü bildirirəm.

Daha sonra Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.

- Komandanız çempion oldu. Ölkə kubokunu qazanmaq şansınız da var. Həm çempionluq, həm də bu mövsümdəki yarış barədə təəssüratlarınızı bilmək maraqlı olardı...

- Başda klubumuz olmaqla, hər kəsi çempionluq münasibətilə təbrik edirəm. Mənim üçün ən sevindirici hadisə odur ki, bu, "Qarabağ"ın torpaqlar azad olunduqdan sonra ilk çempionluğudu: "Müstəqil Ağdamın təmsilçisi kimi ilk kubokumuzu qazandıq. 2021-ci ildən bu fikirləri səsləndirirdik ki, xəyalımız Qarabağa getmək, qələbəmizi öz vətənimizdə qeyd etməkdi. Artıq buna nail olduq. Təbii ki, bu, Cənab Prezidentin, xalqımızın sayəsində gerçəkləşən möcüzədir. Hələ də inanmaqda çətinlik çəkirəm. Şükürlər olsun ki, bunu bacardıq. Ona görə də mənim üçün heç vaxt unudulmayacaq qalibiyyətdi. "Qarabağ" tarixində bir çox ilklərə imza atmış komandadı. İnanıram ki, bu sabitlik və təcrübə ilə yenə də Çempionlar Liqasında qrupa düşərik.

- Yeni transferlərlə bağlı məlumat verə bilərsiz?

- Xeyir. Çünki ölkə xaricindən yeni gəlmişəm. Bu tədbirdən sonra Qurban Qurbanovla görüşüb transfer məsələlərini müzakirə edəcəyik. Bizdə tamamilə peşəkar idarəetmə sistemi var. Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik. Amma vaxtımız çox azdı. Bu da bizə radikal dəyişikliklərə imkan vermir. Bəzi futbolçularımızla danışıqlar davam edir. Onları saxlamaq alınıb-alınmayacaq, bilinmir. Bunun həyəcanını yaşayırıq. Artıq komandanın özəyi formalaşıb. Güman edirəm ki, bu sabitliklə yenidən iddialı olacağımıza inanıram. Gəlin, sizə öz ürək sözlərimi deyim. Yəqin ki, hamınıza maraqlıdı, bundan sonra necə olacaq? Bu mənəvi gündə Qurban hoca ilə söhbətimiz oldu. Bu, reallıqdı ki, "Qarabağ" Azərbaycan millisinə ən çox futbolçu verən klubdu. Amma mən yığmanın hər birimizin ümid etdiyi və layiq olduğu uğurları qazandığına inanmıram. Bu mənada görməli olduğumuz işlər çoxdu. "Qarabağ" bundan sonra Azərbaycan millisinin uğur qazanmasında və yerli futbolçuların yetişməsində real iş görməlidi. Artıq özümüzə qayıtmalıyıq. Qarşıdakı 4-5 ildə qarşımıza mütləq hədəf qoyacağıq ki, komandamız millinin inkişafında öz məsuliyyətini hiss edərək oynasın. Ona görə də növbəti məqsədlərimiz Çempionlar Liqasında 2-3 mərhələ keçmək yox, oyunçu yetişdirmək olacaq.

- Qarabağ torpaqlarından söz açdınız. Ağdamda yeni stadion tikiləcək. Çox maraqlıdı, bu barədə klub səviyyəsində müzakirəniz olub?

- Bəli. Atam Gözəlin də dediyi kimi, ermənilər işğal altındakı torpaqları talan ediblər. Həmin ərazilər illərlə diqqətdən kənarda qalıb. Sevindiricidi ki, Cənab Prezident bizimlə görüş zamanı stadionun inşası ilə bağlı nazirliklərə tapşırıq verdi. Mən də həmin görüşə dəvət olunmuşdum. "Qarabağ" klubu olaraq, əlimizdəki bütün imkanlarla bu yolda canla-başla işləyəcəyimizi bildirdim. Əminəm ki, Ağdamda tezliklə gözəl stadion tikiləcək. Bütün oyunlarımızı orada keçirib-keçirməyəcəyimizi bilmirəm. Amma əsas matçlarımızı orada oynayacağıq. Mənim ən böyük arzum budu.

“Qarabağ” klubunun direktoru Emrah Çelikel çıxış edərək “Qarabağ”ın ilk dəfədir azad Qarabağın dönəmində çempion olduğunu deyib:

“Ona görə də bu çempionluğun bizim üçün mənəvi önəmi çoxdu”.


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə çıxışında oyunçulara və klub rəhbərliyinə təşəkkür edib və onlara uğurlar arzulayıb.

Tədbir "Qarabağ" formasını geyinmiş musiqi qrupunun çıxışı ilə davam edib.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Premyer-liqa

21-05-2022, 23:0

"Hamısı bizim üçün doğmadı" - Tahir Gözəl

Ölkə futbolu

21-05-2022, 22:0

"Tədbirlərin hamısı ürəyimcə oldu" - "Qarabağ"ın şəhid azarkeşinin atası

Ölkə futbolu / Manşet

13-04-2022, 15:0

"Qurban hoca ilə qürur duyur və fəxr edirik" - Tahir Gözəl

Ölkə futbolu

19-05-2022, 18:0

"Qurban Qurbanovu dəstəkləyirəm, onunla fəxr edirəm" - AÇIQLAMA

Aktual
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Son xəbərlər
  • Bu gün, 18:30
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 15:07
    Klubuna sadiq qaldı
  • Bu gün, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
Daha çox
Oxunub: 187
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 97
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 95
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə