A seriyasının son turunda diqqəti cəlb edən faktlar qeydə alınıb.
“Roma”nın oyun planında böyük üstünlüyünə baxmayaraq, evdə “Venetsiya”ya qalib gələ bilməməsi (1:1) futbol möcüzəsi kimi qələmə verilməlidi. Paytaxt komandasının oyunçuları qapıya 46 zərbə endiriblər. Bu zərbələrdən 12-si “çərçivə”yə düşməyib (top 3 dəfə qapının kənarlarına dəyib), 18 zərbənin qarşısını isə rəqib oyunçular alıb. 37 yaşlı qapıçı Niki Myaenpyaya 15 (!) seyv edib. Bu, 2019-cu ildən sonra qitənin 5 aparıcı liqasında bir oyunda qeydə alınan ən yüksək göstəricidi. Onun cərimə meydançası daxilindən endirilən 8 zərbənin qarşısını aldığını xüsusilə vurğulayaq. Finlandiyalı futbolçunun oyun ərzində komandasında topa ən çox – 65 dəfə toxunduğunu da qeyd edək.
Nikinin işinin bu qədər çox olması həm də “Venetsiya”nın yarımmüdafiəçisi Sofyan Kiyinin 32-ci dəqiqədə meydandan qovulması ilə bağlı olub.