• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbolla erkən vidalaşan istedad: “Həmin yaş qrupu Avropa çempionatından sonra “söndü” - LAYİHƏ

Layihə / Manşet

15-05-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Layihə çərçivəsində söhbətləşdiyimiz Təbriz Həsənov rəhbərlik etdiyi U-17-nin çıxışından danışarkən Pilağa Mehdiyevi xatırlamışdı. Bir vaxtlar həmyaşıdları arasında sayılıb-seçilənlərdən olan Mehdiyev çoxdandı yaşıl meydanlardan kənarda qalıb. Bu həmin Pilağadı ki, millinin heyətində beynəlxalq turnirlərə yollanarkən əcnəbi skautlar ona heyran olurdu. Bir çox həlledici oyunda vurduğu qollar, verdiyi məhsuldar ötürmələr ilə alqış qazanan yeniyetmə futbolçu karyerasını erkən bitirdi. Nə baş verdiyini öyrənmək üçün onun özünü axtarıb, tapdıq. Məqsədimizi biləndən sonra suallarımızı cavablamaqdan imtina etmədi.



- Pilağa, futbola gəlişini, ilk məşqçilərini necə xatırlayırsan?

- Orta məktəbdə sinif yoldaşım “Neftçi”nin aşağı yaş qruplarına məşqə gedirdi. Səhv etmirəmsə, 3-cü sinifdə oxuyurduq. İlk dəfə ona qoşulub məşqə getdim. Onu valideynləri aparıb-gətirirdi. Mənim də futbola böyük həvəsim vardı. Beləcə “Neftçibaza”ya getdim. Rüfət Quliyev, Ramil Həbibov və Eldəniz müəllim bizim yaşda olan uşaqlara baxırdılar. Yaşıdlarımdan fiziki baxımdan fərqlənirdim. Buna görə də diqqətləri üzərimə çəkdim. Mənim üzərimdə Ramil müəllimin böyük zəhməti var. İlk təəssüratlarım əla idi. Mənim üçün yaxşı vaxtlar idi. Dərsdən gəlib çantamızı atardıq və məşqə tələsərdik. Unudulmaz hisslər keçirirdim. Elə bil ki, ən böyük arzuma çatmışdım. Məşqçilər də bizə çox diqqət göstərirdilər. Onları da ən xoş təəssüratlarla xatırlayıram. Məşqçilərimiz futbolla təzə vidalaşmışdılar. Çalışırdılar ki, öz bildiklərini bizə öyrətsinlər. Hər məşqdə bir yenilik tətbiq edirdilər. Böyük həvəslə işləyirdik. Biz “dır-dır”la məşğul deyildik, futbolun fəlsəfəsini öyrənirdik. Bəlkə də elə bu məşqlər bizim futbola baxış bucağımızı dəyişdi.

- Yığmanın almaniyalı baş məşqçisi Berti Foqts səninlə görüşmək üçün oxuduğun məktəbə gəlmişdi. Bu gəliş nə ilə bağlı idi, Foqtsla görüş zamanı tanınmış mütəxəssis sənə nə tapşırdı?

- Düzü, yaşım az olduğuna görə onunla xüsusi ünsiyyət qurmağa utanırdım. Elə də çox danışmadıq. Öz yaş qrupumda çempionatda bombardir olduğum üçün məni mükafatlandırmağa şəxsən gəlmişdi. U-15 liqasında ən çox qol vuran futbolçu idim. Berti Foqts mənə öz üzərimdə çalışmalı olduğumu, belə davam etməyin vacibliyini dedi. Tapşırdı ki, çox çalışım. Deyirdi ki, öz üzərimdə çalışsam və inkişaf etsəm, gələcəkdə Almaniyda, İspaniyada oynaya bilərəm. Foqtsdan başqa digər alman məşqçilərdən də həmişə məsləhətlər almışam. Hiss etmişəm ki, onların futbola baxışı başqadı. Biz gücümüzün yetdiyi qədər oynayırdıq, amma onlar bizdən daha artığını tələb edirdilər. Doğrusu da o idi. Berti Foqtsun da, digər alman məşqçilərin də futbolumuzda böyük əməyi olub. Təsəvvür edin, əsas millinin alman baş məşqçisi 13-14 yaşında uşağa mükafat vermək üçün onun oxuduğu məktəbə gəlmişdi. Halbuki bunu etmək üçün məni AFFA-ya da çağıra bilərdi. Öz məsləhətlərini verirdi. Qalırdı ki, sən özün bunları qəbul edəsən, nəticə çıxarasan. Uşaq ağlımla bunu dərk etməyə çalışırdım. Bəzi sözləri qulağımdan sırğa kimi asılıb qalıb. Atam da deyirdi ki, o boyda məşqçi sənə bu sözləri deyib, onlara əməl et.

- Bakıda keçirilən U-17-lər arasında Avropa çempionatını xatırlayaq. Səhv etmirəmsə, Belçikanın qapısına vurduğumuz qolun ötürməsini vermişdin...

- O çempionatı unutmaq olarmı?! Tam başqa səviyyə idi. Avropalı futbolçular üçün adi haldı. Almaniyada oynayan uşaqlar hər dəfə belə turnirlərdə oynayırlar. Biz azərbaycanlılar üçün böyük hadisə idi. 17 yaşı tamam olmayan futbolçular üçün çox ciddi yarış idi. Düzdü, müəyyən beynəlxalq turnirlərdə oynamışdıq. Amma bu çempionat tamayrı həyəcan idi. Məsuliyyət hiss edirdik. Bizim üçün əla çempionat keçdi. Təkcə açılış oyununu saymasaq, nəticələr də yaxşı oldu. Açılış oyununda Portuqaliya ilə qarşılaşdıq. Bütün Azərbaycan bu oyuna baxırdı. Ölkə başçısı ailə üzvləri ilə stadiona gəlmişdi. Xeyli həyəcanlanmışdıq. Rəqib də münasib olmadı. Bu komanda sonda Avropa çempionu oldu. Biz də o boyda arenada heç oynamamışdıq. Təcrübəsizliyə yenik düşdük. Uşaqlar bu qədər azarkeşin qarşısında hədsiz məsuliyyət hiss etdi. Portuqaliyaya məğlub olanda sonra toparlana bildik. Bəli, Belçika ilə oyunda mənim ötürməm qolla nəticələndi. Amma vacib olan komandanın nəticəsi idi. Belçikanı məğlub edə bilərdik, belədə qrupdan da çıxardıq. Qismət heç-heçəyə imiş. Belçika kimi rəqibə qolu özümüz hədiyyə etdik. Müdafiədəki kobud səhv qolla nəticələndi. İndi hamısı şirin xatirədi. O komandada çox futbolçu istedadlı idi. Biz 17 yaşımızda qitə çempionatının həyəcanını yaşadıq. Böyük futbolçu olmasaq da, bunu hiss etdik. Nəticələri də qənaətbəxş sayıram. Başqa komandalara baxın. Fransa, İtaliya kimi futbol ölkələri də az xal topladı. Ukrayna həmin çempionatda uğursuz oldu, amma iki il sonra U-19 komandaları arasında Avropa çempionu adını qazandı. Həmin səviyyədə zəif komanda yoxdu. Qrupda qalan komandalar arasında 8, ya da 9-cu yeri tuturduq. Etiraf edək ki, bizim üçün böyük məktəb idi. Təbriz Həsənovun zəhmətini unutmaq olmaz. Məşqçimizi gecə-gündüz çalışırdı. Bu tempdə davam etsəydik, həmin komanda böyük uğurlar qazanardı. Qismət elə gətirdi ki, həmin yaş qrupu elə o çempionatdan sonra da “söndü”.



- UEFA Gənclər Liqasında “Qarabağ”ın “Atletiko”nu səfərdə məğlub etdiyi oyunda Dedanın fərqləndiyi epizodda da ötürmə səndən gəlmişdi. O turnir yaddaşında necə qalıb?

- Bizim yaşımızda olan futbolçular üçün Avropa çempionatı, Gənclər Liqası böyük turnirlərdi. Bir növ Avropanın futbolçu bazarına düşürsən, diqqətlər səndə olur. Xeyli həyəcanlıydıq. UEFA müəyyən limitlər qoymuşdu. Akademiya yetirmələri mütləq heyətdə yer almalıydı. Rəşad Sadıqov qısa müddət ərzində yeni komanda formalaşdırdı. Düzdü, ilk oyunlar xeyli çətin keçdi. Bir-birimizi tanısaq da, yeni mühitdə oynayırdıq. Sadıqovun oyun üslubu, tələbləri bizim üçün yenilik idi. İlk oyunlarda uyğunlaşma problemi yaşadıq. Bunun da nəticəsində nəticələrimiz uğursuz oldu. Sonradan oyundan-oyuna təcrübə yığdıq, “artırdıq”. Həm yarış təcrübəsi artırdı, həm də rəqiblərimizi tanımağa başlayırdıq. Komandamız əla idi. Amma biz əvvəllər bir yerdə oynamamışdıq. “Çelsi”, “Atletiko” və “Roma”ya qarşı oynayırdıq. Belə rəqiblərə qarşı xalsız qalmadıq. Bunun özü bizim üçün yaxşı nəticə idi, 3 xal toplaya bildik. Bakıdakı oyunlar tam fərqli keçirdi. Madriddəki oyunda “Atletiko” bizə bir qədər laqeyd yanaşırdı. Biz də xeyli istəkli idik. İndiki futbolu görürəm. Bundan sonra 20 il keçsə də, hansısa klubumuzun gəncləri “Atletiko”nu Madriddə uda bilməz. Özü də həmin oyunda “Atletiko”ya xal lazım idi. Ümumən götürəndə görürəm ki, həm Avropa çempionatı, həm Gənclər Liqası başqa səviyyədi. Orda çıxış edən hər bir futbolçu başqalarından bir addım öndədi.

- Bu qədər uğurlu oyunlardan sonra böyük gələcək vəd edən Pilağa niyə gözdən itdi? Futboldan niyə uzaqlaşdın?

- Əsas səhv özümdədi. Nəyəsə davam etmədimsə, əsas günahkar özüməm. Uşaqlıq dövründən sonra davamını gətirə bilmədim. Səhvi özümdə axtarıram. Həmin yaşda insan tam başqa cür düşünür. Bu da yaşın gətirdiyi problemlərdi. Bizdə futbolçuyla müəyyən yaş mərhələsində necə davranmaq lazım olduğunu, onu necə yetişdirmək lazım olduğunu bilmirlər. Xarakterlər, futbolçuların istəkləri fərqlidi. Bir futbolçunun üzünə gülərsən, digərinin üstünə qışqırarsan. Onlar da oynayar. Futbolun içində olduğum üçün bunu deyirəm. O vaxt millidə oynayırdım, gəlirdik. Bir dəfə də olsun məni “Neftçi”nin əsas komandasına məşqə çağırmadılar. Mən “Neftçi”ni millidə təmsil edirdim. Millidə oynamayanları telefon zəngləri ilə irəli çəkirdilər. Heç bir gələcək vəd etməyənlər gedirdilər əsas komandaya, biz yerimizdə sayırdıq. Deyirdilər ki, “sınmayın”. Amma yaşla bağlı hisslərdi. Sənə göstərilən münasibət o yaşda çox təsir edir. İnsan emossional olur. Heç əvəzedicidə belə bizə etimad göstərmirdilər. Gah deyirdilər orda oyna, gah deyirdilər burda oyna. Beləcə problemlər yaşayırdıq. “Neftçi”də mən futbola başlamışam. Bir dəfə də məni əsas komandaya çağırmadılar. Getdim “Qarabağ”a, əsas komandayla da məşq etdim. Riçard Almeyda, Miçel, Qara Qarayev, Rəşad Sadıqovla birlikdə məşqə çıxdım. Belə məşqlər adamı püxtələşdirir. Özümü göstərmək, oynamaq istəyirdim. Amma yenidən “Qarabağ”dan “Neftçi”yə qayıtdım. Karyeramda eniş başladı. Birinci divizionda oynadım. Roberto Bordinin vaxtında “Neftçi”yə lazım olmadıq. İstedadı olan oynamalıdı, ona ehtiyac olduğunu hiss etməlidi. Bizə hələ deyirdilər ki, cavansız, vaxtınıza çox var. Mən “Neftçi”yə 19 yaşımda qayıtmışdım. Söhbət təkcə məndən getmir. Müəyyən yaşda futbolçu oynamalıdı. İndiki vaxtla bizim oynadığımız vaxt arasında fərq var. Bir dövr çox diqqətsizlik yarandı, o da bizim bəxtimizə düşdü. Amma yenə də mən əsas günahı özümdə görürəm. Bütün bu problemlərin təsiri ilə məndə eniş oldu, futboldan uzaq düşdüm.

Futbolla erkən vidalaşan istedad: “Həmin yaş qrupu Avropa çempionatından sonra “söndü”


- Azərbaycan futbolunun əsas problemlərini nədə görürsən? Yeniyetmələrə nə məsləhət vermək istərdin?

- Bizim futbolun əsas problemi xarakterdi. Özüm də bura daxiləm. Müntəzəm eyni səviyyədə oynamaq lazımdı. Amma müəyyən yaşda təriflənən, yaxşı oynayan kimi rahatlaşırıq. Xarakterimiz zəifdi. Başqa idmançılarda da bunu görmüşəm. İdmançı həyatı yaşamırıq. Akademiyalar olmalıdı ki, sırf futbolu fikirləşəsən. Uşaq tanıyıram ki, məşqə gəlirdi, ailə problemləri beynindən çıxmırdı. Ac gələn olurdu, yorğun olurdu. Bütün bunlar şərtdi. Düzgün struktur, ciddi yanaşma vacibdi. Azərbaycanda bu gün çox istedad var. Ən azı ortabablar arasında yer almalıyıq. Mən də oynamışam, görmüşəm. Bütün bu problemlər üzündən uşaqlar itib-batır. Rəhbərlik nə üçün futbolçularla dil tapa bilmir? Bunun üzərində oturub düşünmək lazımdı. Hamımız bunun əziyyətini çəkirik. Futbolçuya dəyər verilmir. Nə qədər istedadlı olsan da, başını aldadırlar. Boş vədlər verirlər. Bu səbəbdən nə qədər futbolçumuz itib. Vəd ediblər, oynatmayıblar. Qoymayıblar Avropaya gedib özümüzü sınayaq. Qorxudublar ki, orda itib-batarıq. Müəyyən yaş dövründən sonra mütləq Avropada özümüzü sınamalıyıq. Skandinaviya, Rusiya və Türkiyə kimi ölkələrdə oynamalıyıq. Ən azından keçid dövründə. Həqiqətən burda amansız davranış var. Özü də tam fərqli şeylərlə. Əsəb o qədər olur ki, ən sevdiyin şeydən də nifrət edirsən, ani qərarlar verirsən. Məsləhətim odu ki, müəyyən yaşdan sonra Azərbaycanla vidalaşıb, xaricə getsinlər. Mənim də şanslarım vardı. Təəssüf ki, getmədim. Qorxmaq lazım deyil. Gün gəlir, futbol kənarda qalır, başqa məsələlərlə səni yorurlar.

- Gələcəklə bağlı planlarının içində futbol varmı?

- Futboldan uzaqlaşandan sonra bu sahəylə bağlı dərindən nəsə düşünməmişəm. Düzdü, uşaqlıqdan bu işin içində olmuşam. Ən azıməşqçi işləyə, bu sahənin içində qala bilərdim. Məşqçilik bir ayrı cür tələbkarlıqdı. Gələcəkdə ola bilər ki, mən də məşqçi olum. Futbolçu ilə məşqçi arasında böyük fərqlər var. Niyə də olmasın?! Şansım olsa, futbola ya məşqçi, ya futbolçu kimi qayıtmağı çox istərdim. Amma bizdə bunu çətin görürəm. Uşaqların, istedadların haqqını vermirlər. Şəxsi mənafelər öndə olur. Bir ara yaxşı gəlirdik, yenə də problemlər var. Məşqçiliklə bağlı nəsə olsa da, Azərbaycanda bunu etməyə qorxaram. Türklər demiş, bir dəfə xəyal qırıqlığına uğramışam, ikincisinə ürək etmirəm.

İLKİN SULTANLI

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə

1-05-2022, 23:0

Təbriz Həsənov: “Sovet vaxtı futbol məktəbinə seçimlə düşürdün, indi isə...” - LAYİHƏ

Ölkə futbolu / Layihə

10-04-2022, 23:0

Nuqzar Kvirtiya: “Gürcü uşaqlar futbola Avropada oynamaq arzusuyla gəlirlər” - LAYİHƏ

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 201
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 190
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə