Düz 6 il əvvəl Bakıda möhtəşəm futbol bayramı keçirilirdi.

Paytaxt futbolla nəfəs alır, AFFA bu imtahandan üzüağ çıxmaq üçün səylə çalışırdı. 17 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının final mərhələsinə evsahibliyi edirdik. Elə bu evsahibliyinə görə də Azərbaycanın U-17 millisi həmin çempionatın final mərhələsinin iştirakçılarından biri idi. Amma elə ilk oyundaca azarkeşlərin əhvalı korlandı. Bakı Olimpiya Stadionunda keçirilən açılış oyununda Portuqaliya millisi qapımızdan beş cavabsız top keçirdi. Sonrakı iki oyunda millimiz 4 xal toplasa da, qrupdan çıxmağı bacarmadıq. Bugünkü müsahibimiz həmin vaxt U-17 millimizi çalışdıran Təbriz Həsənovdu. Onunla söhbətimizdə 6 il əvvələ də qayıtdıq...

- Hər kəsin futbola gəlişinin bir tarixçəsi olur. Layihə çərçivəsində söhbətləşdiyimiz futbol veteranlarının hamısından bu tarixçəni soruşuruq. Çünki siz tanınmış futbol adamlarının keçdiyi yol indiki gənclərə örnək ola bilər. Sizin futbola gəlişiniz necə oldu? İlk addımlarınızı harda, kimin rəhbərliyi altında atdız?

- Futbola ilk addımlarımı atanda mənim 6 yaşım vardı. O vaxtın futbol məktəbləri “FŞM” adlanırdı, rus dilindən tərcümədə gənclərin futbol məktəbi kimi səslənir. İndi o məktəblərin yerini “Vətən” tutur. Məndən iki yaş böyük qardaşım futbolla məşğul olurdu. Mən də onun yanında məşqlərə gedirdim, top daşıyırdım, kənardan onları izləyirdim. Dövrün tələbinə uyğun olaraq məşqçilərin əksəriyyəti ruslar idi. Qalaktionov, Zabrodin, Marçenko kimi mütəxəssisləri xatırlayıram. 1967-ci il təvvəllüdlü uşaqları yığmağa başladılar. Mən də həmin ildə doğulmuşam. Qardaşımın məşqçisi Marçenkoya məni məsləhət gördü. Komanda yaranan kimi məni ora cəlb etdilər. Dərhal da yarışlara qatılmağa başladıq. Bakı birincisi, respublika çempionu olduq. SSRİ üzrə müxtəlif turnirlərə qatılırdıq, yaxşı nəticələrimiz vardı. Uzun müddət komandanın kapitanı idim. Özümü “FŞM”yetirməsi sayıram. U-15, U-16, U-17 yığmalarına çağrılırdım. Məktəblilərin Spartakiadasına qatılırdıq. Olimpiya Oyunlarına bərabər yarış idi. 1984-cü ildə İdman Komitəsi bizə güzəşt etdi. İdmançılar İdman Akademiyasına imtahansız qəbul olundu. Mən də orda ali təhsil almaq şansı qazandım.


- Həmin dövrün uşaq futbolu ilə indiki zamanı müqayisə edəndə hansı fərqlər görünür?

- Bu fərqlər çox böyükdü. Futbol xeyli gəncləşib. Bizim vaxtımızda 8-9 yaşından futbolla məşğul olmağa başlayırdılar. İndi bunu 5 yaşında da etmək mümkündü. Sovet vaxtı ödənişli futbol məktəbləri yox idi, məktəbə ancaq seçimlə düşmək olardı. İndi isə ödəniş etməklə futbolla məşğul ola bilərsən. Amma onda futbol məktəbi indikindən daha çox idi. Harda bir kiçik futbol meydançası varsa, ora bir ad qoyub, məktəb açırlar. Bizim vaxtımızda çox fərqli idi. Biz xeyli məşq edərdik. Uşaqların 70-80 faizi idmanla məşğul olardı. Söhbət təkcə futboldan getmir. Başqa növlərə də maraq vardı. Özü də oğlan, ya qız - fərq etməzdi. İndiki kimi əyləncələr yox idi. Futbol da həyətlərdən, məhlələrdən formalaşırdı. Həyətdə oynadığımız oyunlardan fiziki hazırlıq formalaşırdı. Adicə “gizlən-qaç”, “qaçdı-tutdu”, “yeddi şüşə” oyunlarını deyim. Hamısında fiziki hazırlıqdan istifadə olunurdu. Əzələlər işləyirdi, elastiklik, cəldlik yaranırdı. O vaxtkı uşaqların həyatı daha maraqlı idi. Artıq futbola gələndə uşaq hazırlıqlı olurdu. Məşqçilər uşaqlara futbolun sirrini öyrədirdi. Həftədə 2-3 dəfə məşqə gəlib, bir saat məşq etməklə o nəticəni almaq olmaz. Hər şey sərbəst idi. Valideynlər məşqlərə, oyunlara indiki kimi gəlməzdi. İndi hər işin başında valideyn durur. Məşqçi bir kənarda qalıb, valideyn uşağa göstəriş verir. Amma yaxşını da deyək. İndiki meydançalar, infrastruktur daha yaxşıdı. Formalar, toplar daha çoxdu. Mental olaraq o vaxtkı uşaqlar idmana daha çox can qoyardı. Məktəblə idmandan başqa heç bir məşğuliyyət yox idi. Bəlkə də indi uşaqlar daha çox “yüklənir”. Buna görə də çətinliklər yaranır. Qısaca onu deyim ki, hər bir dövrün öz müsbət və mənfi tərəfləri var. O vaxt daha çox futbolçu yetişirdi.

- Bakıda keçirilən U-17 komandaları arasındakı Avropa çempionatı yadınızda necə qalıb? Bu yarışdakı nəticələri qənaətbəxş hesab edirsizmi?

- Təbii ki, 2016-cı ildə Bakıda keçirilən Avropa çempionatı mənim üçün unudulmazdı. Bir azərbaycanlı məşqçi ilk dəfə qitə çempionatının final mərhələsində iştirak etdi. Özü də milli komandamızla birlikdə. Hamımızın yaddaşında silinməz izlər buraxıb. Nəticələrə gəlincə, baxır hansı tərəfdən qiymət veririk. Azərbaycan yığması illərdi “elit-raund”dan yuxarı çıxa bilməyib. Hətta o raundda 4 xal yığa bilməmişik. Amma Avropa çempionatının final mərhələsində qrupda biz 4 xal topladıq. Bu nəticə müəyyən mənada təsəllivericidi. Qarşımıza qrupdan çıxmaq məqsədi qoymuşduq. Portuqaliya ilə oyunu bir kənara qoyuram. Belçikaya qalib gələ bilərdik. Qol vəziyyətlərimiz çox idi. Qapımıza vurulan qol da müdafiədə fərdi səhvlərdən oldu. Sonuncu görüşdə Şotlandiyaya qalib gəldik. 4 xal qrupdan çıxmaq üçün yetmədi. Belçika ilə oyundakı epizodlar gözümün önündədi. Səbəblər çox da böyük deyil. İlk oyunun Portuqaliya ilə olması bizim üçün problem yaratdı. Belçika, yaxud Şotlandiya ilə qarşılaşsaydıq, bizim üçün hər şey fərqli olardı. Bir azərbaycanlı məşqçi olaraq inanılmaz hisslər keçirmişəm. 55 min azarkeşin arasında ölkə prezidenti və onun ailəsi də var idi. Portuqaliya bizdən sonra bütün rəqibləri yenərək Avropa çempionu oldu. Avstriyanın qapısına da 5 cavabsız top vurdular. Həmin komanda iki il sonra U-19 komandaları arasında da çempion oldu. U-21 səviyyəsində isə final görüşündə penalti seriyasında uğursuzluqla üzləşdilər. Çox güclü heyətləri var idi. Elə bir atmosferdə qarşımıza bu komanda çıxdı. Bir məşqçi kimi mənə çox ağır oldu. O qədər azarkeşin, dövlət başçısının gözü önündə ilk 20 dəqiqədə 0:3 hesabıyla geri düşdük. Bundan sonra oyuna müdaxilə etmək də mənim üçün çətin idi. Özümüzdə güc tapdıq, Belçika və Şotlandiya ilə oyunlarda vəziyyəti dəyişdik. Toparlanmaq çətin olsa da, bunu bacardıq. Portuqaliya ilə oyunu çıxmaq şərti ilə digərlərini qənaətbəxş sayıram. Qrupda qaldığımız üçün təəssüflənirəm. Ümid edirəm ki, nə vaxtsa yenidən bu səviyyədə millimizi görəcəyik. Fransa kimi komada bu turnirdə 1 xal qazandı. Ukrayna 1 xal qazandı, amma o heyət sonradan Avropa çempionu oldu. İtaliyanın 3 xal qazanmasına baxanda özümüzə təsəlli verə bilərik.



- Həmin komandanın üzvlərindən çox şey gözlənilirdi. Amma demək olar ki, heç kim parlamadı. Hətta “milliləşdirilənlər” ciddi karyera qurmayıb. Sizcə, bunun səbəbi nədi?

- Düzdü, həmin komandanın əksər üzvləri futbolla vidalaşıblar. Fərid Nəbiyev hazırda Çexiyada çıxış edir. “Şamaxı”da Rafael Məhərrəmli oynayır. “Neftçi”nin qapıçısı Kamran İbrahimov da həmin millinin üzvü idi. Bəli, gedənlər var. Çoxusuyla əlaqəm yoxdu. Kimlərsə birinci divizionda oynayır. Süleyman Əhmədov “Sumqayıt”ın üzvüdü. Uşaqlarda da xarakter problemi ola bilər. Klublarda da düzgün iş aparılmır. Vacib deyil ki, hamı futbolçu olsun. Digər komandalarda da belə hallar olur. Bizdə komanda sayı azdı. Xüsusən də liqaların sayı məhduddu. Belədə uşaqlar oynayıb, artıra bilmir. Çox heyifsilənirəm. Pilağa Mehdiyev, Elçin Əsədov yaxşı futbolçular idi. Amma hansısa komandaya düşə bilmədinsə, seçim imkanın olmur. “Qranatkin turniri”nə gedəndə rusiyalı menecerlər mənə zəng vururdu. Pilağa Mehdiyevlə maraqlanırdılar, onu bəyənən çox idi. Hər bir komandanın xüsusiyyəti olur. Pilağa kimi futbolçunun itməsinə xeyli təəssüflənirəm. Yerindən 50-60 metr məsafəyə ötürmə verən futbolçu idi. Onda bu çox yaxşı alınırdı. Türkiyədən gələn futbolçularımız aşağı liqalarda oynayırlar. Əfsuslar olsun ki, belə oldu. “Çelsi”də həmin çempionatın iki iştirakçısı var. Bizdə niyə belə oldu, bunu dəqiq demək çətindi. Limit də bir çox gənc futbolçuların önünü kəsir. Heç birinci divizionda da gənc futbolçular şans qazanmır.

- O çempionatda Almaniya millisinin heyətində çıxış edən Renat Dadaşovla bağlı nə düşünürsüz?

- Renat Dadaşovla bağlı onu deyim ki, Aslan Kərimov mənə belə bir futbolçunun varlığını demişdi. Frankfurt yaxınlığında yaşayırdılar. Biz də ora təlim-məşq toplanışına getmişdik. Zəng vurdum, valideynləri ilə ora gəldilər. Mehriban ailə idi. İlk məşqə çıxandan seçildi. Onu çox bəyənirdim. “Caspian Cup” turnirində də özünü göstərdi. Pis futbolçu olsaydı, Almaniya millisinə çağrılmazdı. Potensialını tam açmayıb, çox şeyə qadir futbolçudu. İnanıram ki, Azərbaycan millisinə fayda verəcək. Onun komanda yoldaşları indi “Çelsi”də çıxış edir. Futbolçunu irəli aparan təkcə istedadı deyil. Bir qədər bəxt və xarakteri olmalıdı. Ümid edirəm ki, gələcəkdə yaxşı futbolçu olduğunu da isbatlayacaq. Potensialı buna imkan verir.

- Uşaq futbolunun problemlərinə və onların həlli yollarına sizin baxışınız necədi?

- Problemlərin olduğunu inkar etmək olmaz. Bu barədə çox danışmışıq. Uşaq futbolu üçün lazım olan yaxşı futbol məktəbləri, akademiyalardı. İnfrastruktur uşaq futboluna xidmət etməlidi, meyarlara cavab verməlidi. Kiçik bir meydançayla deyil. Uşaqlar yaxşı mütəxəssislərin əlinə düşməlidi. Xüsusən də keçmiş futbolçuların. Məşqçi öz üzərində çalışmalıdı. Bir çox gənc məşqçini tanıyıram. Uşaq liqalarının səviyyəsi də vacibdi. Hər liqada rəqabət aparan futbol məktəbləri olmalıdı. Səviyyənin yüksəlməsi üçün rəqabət olmalıdı. Akademiyaların səviyyəsi yüksəldikcə uşaq futbolu da yaxşılığa doğru dəyişəcək. Hansı ölkədə liqalar, akademiyalar çoxdu, orda da futbolçular itib-batmır. 18 yaşında hamının premyer-liqa klubuna düşmək şansı olmur. Aşağı yaşda oynamaq üçün münasib komandalar olmalıdı ki, uşaqlar oynasın. Əsgərliyə gedən futbolçular da itib-batır. Çox yaxşı olar ki, AFFA və Gənclər və İdman Nazirliyi uşaq futbolunda işləyən məşqçilərlə görüş keçirsin, hamının fikrini dinləsinlər. Uzun müddət milli komadalarda çalışmışam, 200-dən çox beynəlxalq oyun təcrübəm var. O təcrübəmi, biliyimi bölüşmək istərdim. Belə bir toplantılar, müzakirələr olmalıdı. İtaliyada, Almaniyada, İspaniyada olanları eynilə burda tətbiq edə bilmərik. Hərədən bir yaxşı şey götürüb, bunu öz mentallığımıza uyğunlaşdırmalıyıq. Yalnız bu halda uğur qazana bilərik.

İLKİN SULTANLI

Təbriz Həsənov: “Sovet vaxtı futbol məktəbinə seçimlə düşürdün, indi isə...”


Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

PSV-nin futbolçusu premyer-liqa klubunun hədəfində

MY Kasemiro transferini açıqladı

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

Bütün xəbərlər