“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Elnur Qəmbərovun xüsusi təqdimata ehtiyacı yoxdu. 2014/15 mövsümündə “Araz”ın ölkə futzalındakı hegemonluğuna son qoyan “Xəzər adaları”nı Azərbaycan çempionu edən həmsöhbətimiz xeyli müddətdi Kanadada yaşayır. Bu ilin yanvarında uzaq Kanadadan gələn xoş xəbər hamımızı sevindirdi. Elnur Qəmbərov Kanadanın yeniyetmələrdən ibarət futzal yığmasının baş məşqçisi təyin edildi. Zaman-zaman Elnur bəyin Azərbaycana qayıdacağı, futzal yığmamızı çalışdıracağı da deyilir. Onunla söhbətə uşaqlıq illərini xatırlamaqla körpü saldıq.

- Bizim ailəmiz futbolçular ailəsidi. Böyük qardaşlarım da futbolçu olublar. “Torpedo” ləqəbli rəhmətlik qardaşım İlham Qəmbərov və Vüqar Qəmbərov “Neftçi”də oynayıblar. O vaxtlar uşaqların kompüteri, planşeti yox idi. Ona görə də mən qardaşlarıma baxıb, futbol oynamağa başladım. Məktəbin həyətində, evimizin qarşısında, küçədə... Bir sözlə, harda imkan tapırdıqsa, futbol oynayırdıq. Məşqlərə getməyə başlayanda isə Yaşar Abdulov bizim müəllimiz idi. Həmin məktəbə Kazbek Tuayev rəhbərlik edirdi. Peşəkar kimi ilk müqaviləni “Neftçi” ilə bağlamışam. “Ağ-qaralar”ın heyətində 1996/97 mövsümündə Azərbaycan çempionu adını qazandım. Xeyli gənc olsam da, həmin mövsmün ikinci dövrəsinin bütün oyunlarında əsas heyətin üzvü kimi meydana çıxmışdım. Unudulmaz təəssüratlarım var.

- Futbolçuluqdan məşqçiliyə, özü də futzala keçid necə alındı?

- 2010-cu ildə “Araz Naxçıvan” futzal klubunda çıxış edirdim. Komandamız həvəskar statuslu idi. Bu komandada oynaya-oynaya futzalçılara məşq keçirdim. Paralel olaraq məşqçilər kursuna qatılmışım. Əcnəbi məşqçilərin keçdiyi məşqlərə baxırdım, qeydlər aparırdım. Həm oynayırdım, həm də öz üzərimdə işləyirdim. Çalışırdım ki, məşqçi kimi püxtələşim. “Akkord” komandasını çalışdıranda ikinci liqada mükafatçılar sırasındaydıq. Sonra da Donetsk şəhərinə - beynəlxalq turnirə yollandıq. “Bakcell” komandasındakı işim də uğurlu alındı. Şirkətlər arasında keçirilən çempionatda 2-ci olduq. Bütün bunlardan sonra “Xəzər adaları”ndan təklif aldım. Bu komandayla birinci liqada çempion olduq, elitaya yüksəldik. Orda da qalib gəldik, Azərbaycan çempionu adını qazandıq. 36 yaşım vardı, hiss edirdim ki, tam gücümü məşqçiliyə qoymağın zamanıdı. Belə də etdim.

- Məşqçi kimi ən böyük uğurunuz “Xəzər adaları” ilə qazandığınız çempionluqdu. O günləri necə xatırlayırsız?

- Sözsüz, “Xəzər adaları” ilə çempion olmağımız böyük uğur idi. Məndən əvvəlki illərdə davamlı əcnəbi məşqçilərin çalışdırdığı komandalar çempion olurdu. “Turan AİR”də Elman Ələkbərov vardı. Mən onu özümə müəllim sayırım, onun başçılığı altında da oynamışam. Səhv etmirəmsə, sonuncu dəfə yerli mütəxəssis kimi onun komandası çempion olmuşdu. Bizdən sonra yenə eyni tendensiya davam edir, azərbaycanlı məşqçilərə etimad göstərilmədikcə də belə olacaq. Yenə də azərbaycanlı məşqçilər yox, əcnəbilərin çalışdırdığı komandalar çempion olur. Çox gözəl, unudulmaz anlar yaşamışam. Hələ martda çempion olacağımıza əmin idim. Bu uğurdan sonra “Azərbaycanın ən yaxşı məşqçisi” adına layiq görüldüm. Çox qəribədi ki, sonra da işsiz qaldım. Acı reallıq belədi.

- Artıq Kanadadasız. Bu ölkənin millisinə də təyinat almısız. Ordakı işlərinizi necə qurduz, milliyə dəvət necə gəldi?

- Bəli, burda mənə böyük etimad göstərib, milli komandaya baş məşqçi təyin ediblər. İşlərimiz yavaş-yavaş qaydasına düşür. Kanadada peşəkarlıq yox dərəcəsində idi. Artıq bir dərəcə irəli getmişik deyə bilərəm. Əsas millini ləğv etmişik. Çünki futzalçılar işləyir, 6-7 min dollar maaş alırlar. Ona görə də məşqlərə işdən sonra gəlirlər. Heç kim bu maaşı əldən verib, 1500 dollara futzal oynamağa gəlməz. Məşqlərə gah gəlirdilər, gah da yox. Mən də federasiya prezidenti ilə məsləhətləşdim, qərara gəldik ki, əsas milli ləğv olunsun. Əsas işimiz 17-18 yaşlı yeniyetmələrlədi. Qarşıda bizi Kolumbiyaya və Fransaya səfər gözləyir. Beynəlxalq turnirlərdə iştirak edəcəyik. Bu futzalçılar bir qədər püxtələşdikdən sonra nəticə gözləməyə dəyər. Kanada millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qadınlar da Olimpiadada uğur qazandılar. Buna görə də futbola və futzala maraq artır. Bilirsiz ki, burda əsasən basketbol və hokkey məşhurdu. Əhalinin böyük əksəriyyəti mühacirlərdi, müxtəlif ölkələrdən gəliblər. Ona görə də istedadlı uşaqlar çoxdu. Yeganə problem işə peşəkar yanaşma ilə bağlıdı. O da yavaş-yavaş düzəlir. Əvvəllər həftədə bir dəfə məşq edirdilər, indi dörd dəfə məşq edirik.

- Kanadadan Azərbaycan futzalı necə görünür? Bizim futzalın ən böyük problemi nədi? O problemləri necə həll etməliyik?

- İstər Kanadadan bax, istər Braziliyadan, açıq danışaq ki, Azərbaycan futzalı çox pis görünür. Xüsusilə də son 6-7 ildə. Klublar çox zəifdi. Bəziləri bu sözlərimə görə məndən inciyir. Mən pis heç nə demirəm. “Neftçi” və “Ekol” ikinci yer uğrunda oynayır. Heç bir vaxt hədəfləri çempion olmaq deyil. Bir dəfə Sadıq Sadıqovun vaxtında “Neftçi”nin məqsədi vardı, onda da “Araz Naxçıvan” onlara qalib gəldi. Ölkə kuboku ilə başlarını qatırlar. Kuboku rəhbərliyin qarşısına nəticə kimi qoyurlar. Bu kubok onlara nə verir? Qalır “Araz Naxçıvan”, onlar da Azərbaycanda çempion olur, amma Avropada heç nə edə bilmirlər. Son 5-6 ildə heç bir nəticə yoxdu. Artıq yunanlara uduzuruq. Bütün bunlar çox pis görüntüdü. Problemin həlli yolu birdi. Ən azı bir uşaq akademiyası yaradılmalıdı. Buna heç böyük xərc də lazım deyil. Şərait yaradıb valideynləri də həvəsləndirmək olar. Müxtəlif məşqçilər uşaqlarla o akademiyalarda məşğul olmalıdı. Hər məşqçinin öz biliyi, öz dünyagörüşü var. Sponsorlar cəlb olunmalıdı. Mən bir vaxtlar “Akkord” şirkətində maraq oyatmışdım. “Xəzər adaları”na da sponsoru özüm tapmışdım. Azərbaycanda maddi vəziyyət pis deyil. Sadəcə, sponsorlarla işləmək, onları cəlb etmək lazımdı. Necə olur ki, Elnur Qəmbərov “Akkord”la danışır, komandanı Donetskə apara bilir, “Xəzər adaları”nı Qazaxıstana apara bilir, amma deyirlər ki, indi sponsor yoxdu. “Ekol”, “Neftçi” nə vaxt toplanışa, beynəlxalq turnirlərə gedib? Bu faktın özü onu göstərir ki, bizimkilər yerində sayırlar.

- AFFA-dan, Futzal Federasiyasından sizinlə maraqlanırlarmı? Dəvət olsa, vətəndə çalışmaq istərdizmi?

- Bir dəfə Elxan Məmmədovla danışmışam. Təyinat alanda məni təbrik etmişdi, buna görə ona minnətdaram. Futzal Federasiyasından da Zaur Axundovdan təbrik almışam. Təəssüflər olsun ki, başqa heç kim məni yada salmayıb. Axundovla münasibətlərimiz qaydasındadı, əlaqə saxlayırıq. Bir də Marat Salyanskiylə yazışırıq, onunla dostuq. Dəvət olsa, əlbəttə, işləmək istəyərdim. Mən 2006-cı ildə futzala gəlmişəm. O vaxtdan bəri Alesio işləyir. Hansı nəticələri göstərib? Avropa çempionatına vəsiqə qazanmağı deyirlərsə, inanın ki, mən də bu komandanı ora çıxararam. Zaur Axundov “Araz Naxçıvan”, futzal millisi üçün hər cür şərait yaradıb. Bizə qarşı oynayan o rəqibləri məğlub etməyə nə var ki?! Mən hətta bir-iki maaşsız işləməyə də hazıram. Avropa çempionatında Slovakiyanı, Bolqarıstanı məğlub edirik. Onları udmaq əsas deyil, çıxıb orda nəticə göstərmək lazımdı. Mən uzun müddət futzal oynamışam. Pis-yaxşı xidmət etmişəm. Bir azərbaycanlı kimi vətənimə xidmət göstərmək istəyirəm. Həm futzalçı, həm də məşqçi kimi nəticələrim var. “Barselona”nın düşərgəsində təcrübə keçmişəm. “Kayrat”ın düşərgəsində olmuşam. Braziliyalılara şans verirlər, azərbaycanlılara yox. Söhbət təkcə məndən getmir. Bütün azərbaycanlılara münasibət belədi. Heç kimin bostanına daş atmıram, nə AFFA-ya, nə də Futzal Federasiyasına. Yeganə azərbaycanlıyam ki, ilin ən yaxşısı adını qazanmışam, amma mənə şans vermədilər. Canla-başla işləyərəm. Son 4-5 ildə elə bir nəticə yoxdu. Olmazmı, yerli mütəxəssis çağırıb, ona iki il vaxt versinlər? Qoy bu şansı versinlər, alınmasa, özümüz deyərik ki, bacarmadıq. Gürcüstan millisinin üzvləri xaricdə oynayırlar, nə üçün bizdən bir futzalçı çıxmır? Milli komandanın üzvlərinin orta yaşı da xeyli yüksəkdi. Çünki aşağıdan gələn yoxdu. Bu il UEFA Finlandiyada futzal məşqçiləri üçün kurslar keçirəcək, mən də ora qatılacam. Ruhdan düşmürəm, öz üzərimdə çalışıb ümidlə gözləyirəm. Sonda sizə təşəkkür edirəm ki, məni unutmamısız.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

Provedelin yeni klubu müəyyənləşdi

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Qəbələ" "Şamaxı"nı, "Neftçi" "Kəpəz"i qəbul edir - YENİLƏNİR

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

"Mançester Yunayted" darmadağın oldu

Parisdən Bilbaoya qayıda bilər

"Turan Tovuz" yaxşı müdafiə olundu" - Mahmud Qurbanov

“Atletiko”dan doğma klubuna dönəcək

"9 ildən sonra premyer-liqaya qayıtmaq, qələbə qazanmaq böyük sevincdi" - Ayxan Abbasov

PSJ gənc oyunçusunu satdı

“Yuventus” və “Ayntraxt” arasında ikinci transfer əməliyyatı

"Futbolçulara görə pis oldum" - Aleksey Baqa

"Hakimlərimiz VAR-a yeni öyrəşir" - Qurban Qurbanov

Konteyə o da lazım olmadı

Ronaldonun bacısı Peresin cavabını verdi

''Trabzonspor'' 35 ildən sonra ilkə imza atdı

Bədii gimnastika komandamız çempion oldu

''Qızıl top''a namizədlərin siyahısı açıqlandı, Messi…

Batşuayi bir İstanbul nəhəngindən başqasına keçir

Divizionun püşkatma mərasiminə nələr yaşandı? - FOTOLAR

"Qarabağ" - "Viktoriya" matçının biletləri satışda

Semih Kaya karyerasını bitirdi

Tovuz stadionunda çəkiliş meydançası quraşdırılacaq

“Milan”da yeni müqavilə

Bütün xəbərlər