Futzal üzrə 2-ci Liqanın “Hövsan” komandası Azərbaycan çempionatından çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
"Hövsan" çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub.
Komanda oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət verilir.