"Vaşaş" klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova daha bir uğura imza atıb.
"Football-plus.az" xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Voleybol Federasiyasının rəsmi saytı yayıb.
Məlumata görə, 29 yaşlı idmançı çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.
Qeyd edək ki, Ayşən Abduləzimova "Vaşaş"ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan Kubokunun ikiqat qalibi adını qazanmışdı.