Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunacaq "Norway Chess" turnirində iştirak edəcəklər.
"Football-plus.az" saytının məlumatına görə, yarışda norveçli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ təmsilçisi Uesli So, niderland şahmatçısı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao mübarizə aparacaq.