Şahmatçılarımız "Norway Chess" turnirində iştirak edəcək - FOTOLAR

31.05.2022 11:48 360
İdman
Bu gün Norveçin Stavanger şəhərində "Norway Chess" beynəlxalq şahmat turnirinə start veriləcək.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı  turnirdə norveçli dünya çempionu Maqnus Karlsen, onun həmyerlisi Aryan Tari,  macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov, və çinli Van Hao mübarizə aparacaq. 

Yarışdan əvvəl şahmatçıların ardıcıllığını müəyyənləşdirmək üçün püşk əvəzinə blits turnir təşkil olunub. Yekun nəticədə Şəhriyar Məmmədyarov 5 xalla 5-ci, Teymur Rəcəbov isə 3 xalla 10-cu olub.

 Sıra nömrəsinə əsasən ilk turda aşağıdakı partiyalar baş tutacaq:

Şəhriyar Məmmədyarov-Ayran Tari

Uesli So — Teymur Rəcəbov

Aniş Giri — Veselin Topalov

Vişvanatan Anand- Maksim Vaşye Laqrav

Maqnus Karlsen — Van Xao

Qeyd edək ki, Norway Chess" turniri 31 may - 10 iyunda gerçəkləşəcək. Reqlamentə əsasən qələbəyə görə şahmatçılara 3 xal veriləcək. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi «armageddon»da müəyyənləşdirəcək. Bu halda qələbəyə 1.5, məğlubiyyətə görə 1 xal qeydə alınacaq.

Şahmatçılarımız "Norway Chess" turnirində iştirak edəcək