• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Millidə Səlahəti təəccübləndirən kim olub? - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

5-04-2022, 15:0

Millinin Malta toplanışına və məğlubiyyətlərinə qəzetimizin ötən saylarında yetərincə yer vermişik.

Əksər futbolçulardan fərqli bir nəfər, demək olar ki, qınaq obyektinə çevtilmədi. Söhbət Səlahət Ağayevdən gedir. Təcrübəli qapıçı uğurlu performansı ilə komanda yoldaşlarından yaxşı mənada fərqləndi. Baş məşqçi Canni de Byazi də onun çıxışını yüksək qiymətləndirərək, “Sabah”ın qolkiperindən razı qaldığını spylədi. Bütün bunları nəzərə alıb, Səlahətlə bizi maraqlandıran suallar ətrafında söhbətləşməyi məqsədəuyğun saydıq.

- Öncə Malta toplanışı ilə bağlı fikirlərini öyrənmək istərdik. Hazırlıq prosesi necə keçdi?

- Yaxşı. Millətlər Liqasının oyunlarından öncə millinin bir araya gəlməsi mühüm matçlara hazırlıq baxımından faydalı oldu. İki yoxlama görüşündə qüvvəmizi sınadıq. Təəssüf ki, meydandan istədiyimiz nəticə ilə ayrıla bilmədik. İnanıram ki, komanda olaraq bu qarşılaşmalarda yol verdiyimiz səhvlərdən nəticə çıxaracaq və növbəti oyunlarda eyni səhvlərə yol verməyəcəyik.

- Hər iki yoxlama oyununda dünya reytinqində bizdən aşağıda olan Malta və Latviyaya uduzduq. Bunun səbəbini nədə görürsən?

- Bəli, təəssüf ki, hər iki matçda yenildik. Reytinqdə bizdən aşağıda olsalar belə, hər iki milli UEFA zonasında çıxış edir. Avropada isə asan rəqib, demək olar ki, yoxdu. Lakin həm bu amil, həm də oyunların yoxlama xarakterli olması heç nəyi dəyişmir. Bunlar bəhanə ola bilməz. Millinin üzvüsənsə, rəqibdən və oyunun xarakterindən asılı olmayaraq, hər matça qələbə üçün çıxmalısan. Hər iki görüşdən qələbəylə ayrılmalıydıq. Ancaq təəssüf ki, belə alındı.

- Oyunsonrası mətbuat konfranslarında De Byazi yalnız səndən razı qaldığını açıqladı. Mütəxəssis səninlə ayrıca söhbət etdi, hansısa vədlər verdi?

- Yığmanın baş məşqçisinin haqqımda yaxşı fikirdə olması mənim üçün xoşdu. Lakin millidə oynamaq üçün əlavə motivasiyaya, söhbətlərə və vədlərə ehtiyac yoxdu. Yığmanın formasını geyirsənsə, meydanda var gücünlə mübarizə aparmalı olduğunu dərk etməlisən. Məşqçidən söz düşmüşkən, Kamran Ağayevlə bağlı da bir neçə kəlmə demək istərdim. Yeni olsa da, məşqçi kimi fəaliyyəti məni yaxşı mənada təəccübləndirdi. İnanıram ki, gələcəkdə öz sahəsində ən yaxşı mütəxəssislərdən olacaq.

- Məğlubiyyətlərdən sonra çoxları De Byazinin millidən getməsini istəyir. Komandanın onunla qarşıdan gələn Millətlər Liqasında uğur qazanmayacağını düşünürlər. Bu haqda nə deyə bilərsən?

- Hər şəxsin öz düşüncəsi, baxışı olur. Başqalarının fikrini müzakirə etmək istəməzdim. Mən futbolçuyam, işim futbol oynamaqdı. Ümid edirəm ki, Millətlər Liqasında uğurlu çıxışla azarkeşlərimizi sevindirəcəyik. Dəvət alsam, yığmanın müsbət nəticə qazanması üçün əlimdən gələni edəcəm.

- Yığmanın kapitanı Maksim Medvedev sosial şəbəkələrdə yazılan mənfi rəylərin, tənqidlərin futbolçuların psixologiyasına pis təsir etdiyini açıqladır. Sənə necə, mənfi rəylər təsir edir?

- Hamının fikrinə hörmətlə yanaşıram. Lakin mən sosial şəbəkələrdən maksimum uzaq durmağa çalışıram. O ki qaldı təndiqlərin mənfi təsirinə, bu insandan-insana dəyişə bilər.

- Milllinin düşərgəsində dava olduğunu iddia edirlər. Belə bir şeylə qarşılaşdın, yoxsa deyilənlər şayiədi?

- Belə bir halla rastlaşmamışam.

- İndi isə klubunla bağlı danışaq. “Sabah”da işlər necə gedir? Mövsümə yaxşı başlamasaz da, məşqçi dəyişikliyindən sonra komanda uğurlu nəticələr əldə etdi.

- Bəli, dediyiniz kimi, mövsümə yaxşı başlamasaq da, sonradan toparlana bildik. Murad Musayev, gənc olmasına baxmayaraq, yetərincə təcrübəli mütəxəssisdi. Onun rəhbərliyi altında çıxış etmək komanda üçün xoşdu. Uğurlu oyunlar komandada əhval-ruhiyyənin bir az da yaxşılaşmasına səbəb olur. İnanıram ki, belə də davam edəcək.

- Hazırda 5-ci pillədəsiz. Avrokuboklara getmək üçün ən azı 4-cü yeri tutmalısız. “Qəbələ” ilə xal fərqini 5-ə endirməyi bacardız. Mövsümün yekununda “Sabah”ı “avrokubok zonası”nda görə bilərik?

- Hər oyunumuza final görüşü kimi hazırlaşırıq. Hazırda mövsümün sonunda hansı pillədə qərarlaşacağımızı proqnozlaşdırmaq mümkün deyil. Hər matça qələbə qazanmaq üçün çıxırıq. İnanıram ki, mövsümün sonunda yaxşı mövqedə olacağıq.

- Son iki turda qapıda Yusif İmanovu görürük. Gənc qapıçı haqda fikirlərin necədi? Nəzərə alaq ki, iki oyunda da qapısını toxunulmaz saxlamağı bacarıb. Təcrübəli qapıçı kimi ona nə məsləhət verərdin?

- Yusif gənc və perspektivli qapıçıdı. Son aylarda özünü çox inkişaf etdirdi. Komanda yoldaşı kimi onun son iki oyunda qapını toxunulmaz saxlaması məni çox sevindirdi. Onunla daim söhbət edir, məsləhətlərimi verirəm. Öz üzərində çalışmağa davam etsə, inanıram ki, yaxın gələcəkdə Azərbaycanın ən yaxşı qapıçılarından biri ola bilər.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

3-04-2022, 12:0

“De Byazi özü üçün Millətlər Liqasında çıxış edəcək komandanın “onurğa sütünu”nu müəyyənləşdirib” - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu

29-03-2022, 17:0

"Azlıqda qalmağımıza baxmayaraq, meydanda əsl komanda gördüm" - Canni de Byazi

Yığma

7-06-2022, 01:0

"Komandanın oyunundan çox razı qaldım" - Canni de Byazi

Yığma

24-03-2022, 22:0

"Ancaq zaman göstərdi ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdı" - Canni De Byazi

Yığma / Manşet

26-03-2022, 00:0

"Belə qarşılaşmalar bizim üçün yaxşı dərs olmalıdı” - Canni De Byazi

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
  • 8-08-2026, 19:0
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 198
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 126
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 123
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə