• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Klublarımız futbolçuları niyə pulsuz buraxır? - ARAŞDIRMA

Aktual / Manşet

31-03-2022, 18:0

Ölkə futbolunda son illərdə maraqlı tendensiya hökm sürür.

Klublar bir çox hallarda futbolçularını ölkə xaricinə pulsuz buraxır. Bununla bağlı çoxlu nümunə göstərmək olar. Məsələn, Mahir Emreli “Qarabağ”da uzun illər çıxış etdi. Müqaviləsinin müddəti bitən kimi “Legiya”ya keçdi. Cari mövsümün ortasında Turan Manafov “Səbail”dən Volos “Olimpiakos”una keçdi. Həmin transferdən də Bakı klubu pul qazanmadı. Emil Balayev “Qarabağ”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq Qazaxıstan “Turan”ına yollandı. Özü də bu tendensiya təkcə futbolda hökm sürmür. Yaxın günlərdə futzal millimizin qapıçısı Rövşən Hüseynli “Araz-Naxçıvan”ı Rusiya “Torpedo”suna dəyişdi. Şimal qonşularımız bu keçidin qarşılığında təmsilçimizə bir qəpik də ödəmədi. Bu məsələdə diqqəti çəkən məqam yalnız “Neftçi” ilə bağlıdı. Nə qədər problem yaşansa da, Namik Ələskərovun keçidi üçün “Bursaspor” flaqmana 50 min avro ödədi. Amma ümumilikdə Azərbaycan klubları futbolçularını xarici ölkə təmsilçilərinə, adətən, pulsuz verir. Bunun səbəbi nədi? Klublar nə üçün transferlərdən qazanmaq istəmir? Sualları uzun illərdi menecer kimi çalışan şəxslərə ünvanladıq.

Erkin İbrahimov: “Deməzdim ki, belə məsələ var. Problem futbolçunun lazım olub-olmamasından qaynaqlanır. Məsələn, daha çox adını çəkdiyiniz “Qarabağ” Ndlovunu müqavilə müddətinin sonuna 6 ay qalmış satdı. Amma Ovusunu “Ankaragücü”nə pulsuz göndərdi. Çünki həmin futbolçunu baş məşqçi istəmirdi. Statistika göstərirdi ki, o, “Qarabağ”a lazım deyil. Qaspar Panadero, Emil Balayev Ağdam təmsilçisinin əsas heyətinə düşə bilmirdi. Amma bilirəm ki, dəfələrlə Zubirə görə “Qarabağ”a təkliflər gəlib. Özü də çox ağlasığmaz məbləğlər vəd olunub. Amma satılmayıb. Çünki lazımlı futbolçudu. Digər klublarda da belədi. Məndə olan məlumata görə, “Səbail” Volos təmsilçisindən Turan Manafa görə nəsə “qoparıb”. Yenə deyirəm, sadaladığınız adlara baxsaq, kim lazım olmayıbsa, pulsuz göndəriblər. Hətta bəzilərinin üstündə pul verməyə də hazır olublar (gülür). Futzalı deyə bilmərəm. Çünki o sahədən, ümumiyyətlə, anlayışım yoxdu. Amma belə deyim ki, klub futbolçunu pulsuz verəndə həm də qənaət etmiş olur. Çünki onun maaşını ödəmirlər. Bu məqam da çox vacibdi. Tutaq ki, Qasparın maaşı 15 min olubsa, mövsümün sonunda “Qarabağ” 100 min irəli düşür. Transfer məsələlərinin belə məqamları da var”.

Səbuhi Səfiyarlı: “Bu məsələ bir az qəlizdi. Çünki ölkə futbolundakılar müəyyənləşdirməlidi ki, yolumuz nədi? Pulsuz buraxanda deyirlər ki, niyə belə etdiz? Maliyyə tələb edəndə də deyirlər ki, nə üçün ölkə futbolunu düşünmürsüz? Hamı bilir ki, azərbaycanlı futbolçuya heç kim pul verməyəcək. Bir az real baxmaq lazımdı. “Qarabağ” Balayevi pulsuz buraxıbsa, buna görə “sağ ol” demək lazımdı. Çünki ölkə xaricində oynayacaq. Aydındı ki, yığmanın iki qapıçısı bir yerdə oynaya bilməyəcək. “Səbail” də Turan Manafovla müqaviləni 1 illik uzadıb, icarəyə verdi. Buna görə də onlara “çox sağ ol” demək lazımdı. Çünki futbolçu gedib, ölkə xaricini görməlidi. Bilməlidi ki, oyunçudan nə tələb edirlər, insan olaraq hansı keyfiyyətdə olmaq lazımdı. Bunlar çox vacibdi. Öz suyumuzda qaynamaq olmaz. Artıq getməliyik başqa yerlərə. Bu səbəbdən də onların pulsuz getməsində pis nəsə yoxdu. Guya Manafovdan “Səbail” nə qədər qazanacaqdı? Bir milyon alacaqdı? Hamıya bəllidi ki, şərti olaraq Manafovu deyirəm, Yunanıstanın 1-ci dəstə komandası heç 50 min avro ödəməyəcəkdi. Məsələlərə real baxmaq lazımdı. Bəlkə orda özünü göstərəndən sonra nəsə etmək olar. Ona görə də klublarımızın oyunçularını pulsuz buraxmağında qəbahətli nəsə görmürəm. Amma digər tərəfdən də anlaşmanın şərtini bilmirik. Bəlkə növbəti satışdan “Səbail”ə və ya başqa kluba pay veriləcək? Meydanda olduğu oyun sayına görə də bonuslar ödənilə bilər. Fikrimcə, bu dəqiqə Azərbaycan futbolunun araşdırılası problemi bu deyil”.

Tural Əsgərov: “Sizin sualın sadə və məntiqli cavabı var. Azərbaycan faktiki bu günə kimi transfer bazarının real üzvü deyil. Biz nə ciddi keçidlər etməyi bacarırıq, nə də hansısa futbolçumuzla maraqlanırlar. Ciddi deyəndə hardansa böyük məbləğə futbolçu almağı və satmağı nəzərdə tuturam. Düzdü, müəyyən istisnalar olub. Amma təəssüf ki, bu belədi. Yəni bizim klublar faktiki kommersiya haqda düşünmürlər. Hazırda Azərbaycanda sırf futbol bazarının qanunlarına əsasən fəaliyyət göstərən klub yoxdu. Yaxın gələcəkdə də olmayacaq. Gəlin, bir statistikaya diqqət yetirək. Ümumilikdə dünya futbolundakı transferlərin neçə faizi oyunçunun klubdan-kluba keçidi ilə bağlıdı? Bəs nə qədəri sərbəst qalan futbolçuların transferlərinə aiddi? 85 faizə qədər azad agentlərin harasa keçidi ilə bağlı olur. Buna görə də Azərbaycan kimi 3-cü dərəcəli futbol ölkəsində oyunçuların sərbəst qalandan sonra xarici klublara üz tutması normaldı. Burda təəccüblənəcək nəsə yoxdu. Onu da qeyd edim ki, klublarımızın transfer siyasəti, sadəcə, təəssüf doğrurur. Yalnız “Qarabağ”ı fərqləndirmək olar. Çünki böyük klubların bir məqsədi olur. Düzdü, Ağdam klubunu “Real”, “Barselona”, MY və PSJ kimi adlarla müqayisə etmək olmaz. Amma “Qarabağ” qarşısında müəyyən ciddi məqsədlər qoyulan klubdu. Buna görə də onların futbolçularını qoruyub-saxlaması başadüşüləndi. Çünki bu gün media, futbol ictimaiyyəti, azarkeşlər və hətta ölkə başçısı İlham Əliyev də “Qarabağ”dan ancaq uğurlu nəticə gözləyir və tələb edir. Ağdam klubundan heç kim uğurlu kommersiya layihəsi tələb etmir. “Qarabağ”dan çoxları qrup mərhələsində mübarizə aparmaq və pley-offa keçməyi tələb edir. Heç kim bir neçə milyona oyunçu satılmasını istəmir. Digər klublarımızı nəzərə alsaq, dediyiniz kimi, bu məsələyə diqqətsiz yanaşırıq. Təmsilçilərimiz futbolçuları ucuz alıb, baha satmaq haqda düşünmür. Amma yenə də bu, kənardan belə görünür. Bəlkə mən də səhv edirəm. Bu, sizə rahat görünməsin. Bunu da nəzərə alın ki, azərbaycanlı və Azərbaycanda oynayan futbolçuya maraq göstərmirlər. Bu, nadir hallarda olur. Məsələn, Mamadu Kane və Sabir Buqrini “Neftçi” əcnəbi klublara satmağı bacardı. Ölkə daxilində baş tutan transferlər var. Hansı ki, onlara görə müəyyən məbləğlər ödənilib. Amma bir qayda olaraq hamısından pul qazanmaq asan deyil. Bizim futbolçulara maraq yoxdu. Bu da milli komandamızın “başgicəlləndirici” çıxışına görədi. Yığma normal nəticələr əldə edənə qədər klublarımızdan normal satışlar, transferlər gözləməyin. Olsa da, əcnəbilər satılacaq. Hansı ki, Kane, Buqrin, Ndlovu, Kintana kimi futbolçular başqa ölkələrə getdi. Bunun belə olması da normaldı. Bəli, Mahir Emreli sərbəst getdi. Amma “Qarabağ” son ana kimi onunla müqaviləni yeniləmək istəyirdi. Mahir özü Avropa yolunu seçdi. Müqavilə müddəti bitənə qədər tərəflər arasında razılıq olmadı. Belə hallarda oyunçu sərbəst qalır. Bunun olmaması üçün nə etmək lazım idi? “Qarabağ” müqavilə müddətinin bitməsinə 1 il qalmış Mahirə deməliydi ki, ya yeni razılaşma əldə edirik, ya da ikinci komandaya göndəriləcəksən. Ağdamlıların bunu etməsi nə dərəcədə düzgün olardı? Bu, Azərbaycan futboluna verilən xeyir yox, vurulan zərbə olardı. Ovusu “Ankaragücü”nə icarəyə verilib. Amma burda xüsusi razılıq var ki, qanalını yekunda Ankara təmsilçisi transfer etsin. Çünki Ovusu heyətə düşə bilmirdi. Futbolçu yenidən “Qarabağ”a dönəndə onun satış məsələsi ortaya çıxacaq. Bu gün Ovusu “Ankaragücü”ndə yaxşı oynayır. Bununla da “Qarabağ” futbolçusu üçün potensial müştərilər qazanır. Qaspar Panadero üçün nə üçün pul versinlər? Adam burda düz-əməlli oynamayıb. İstənilən dünya klubu həmin oyunçunu mütləq icarəyə vermək haqda düşünərdi. Bu halda “Qarabağ” ona ödəyəcəyi maaşdan azad oldu. Həm də ispaniyalı getdiyi komandada yaxşı oynayacağı təqdirdə potensial müştəri qazanacaq. Qaspar “Qarabağ”da qalsaydı, çox az oynayacaqdı. Yayda da onunla heç bir klub maraqlanmayacaqdı. Bu, ümumiyyətlə, çox dərin mövzudu. Əvvəl nədən danışırdıq, indi hara gəlib çıxdıq. Hər bir addımın özünəməxsus səbəbi və izahı olur. Bir tərəfdən deyirik ki, klublarımız səhvdi. Digər tərəfdən işin içində olduğum üçün başa düşürəm ki, bu, yeganə çıxış yoludu”.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma

6-06-2022, 22:0

Rövşən Rusiya klubundan ayrıldı

İdman

19-04-2022, 16:0

“Araz-Naxçıvan”da Rövşən Hüseynlini o əvəz edəcək - ÖZƏL

Aktual

2-04-2022, 23:0

“Səbail” Yunanıstan klubundan FIFA-ya şikayət edə bilər - AÇIQLAMA

Dünya futbolu

14-05-2022, 20:0

Emil Balayev Qazaxıstanda debüt etdi

Ölkə futbolu / Manşet / Günün xəbəri

5-04-2022, 12:0

Turan Manafov bu gün Bakıya qayıdır - ÖZƏL

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 246
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 239
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 213
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə