Futbolçu dəfələrlə “Football-plus.az” saytına açıqlamasında bunu etiraf etmiş, məvaciblə bağlı problem yaşadığını bildirmişdi. Müdafiəçi həmçinin zədəli olduğu dönəmdə klub rəhbərliyi tərəfindən yetərincə diqqət görmədiyini söyləmişdi.
Turanın son durumunu öyrənmək üçün agenti İlkin Alıyevlə əlaqə saxladıq:
“Olimpiakos”da son vaxtlar maliyyə problemi yaşanır. Nəinki Turan, ümumiyyətlə, komanda artıq 2 aydan çoxdu maaş almır. Məhz bu səbəbdən də baş məşqçi komandadan ayrıldı. Bildiyiniz kimi, Manafov icarə əsasında Yunanıstan klubunda çıxış edir. Anlaşmanın müddəti mayda başa çatacaqdı. Düşünürdük ki, çempionatın sonuna qədər “Olimpiakos”da qalsın. Ancaq vəziyyət gündən-günə pisləşdiyindən qərara gəldik ki, vətənə dönsün. Turan artıq bu gün Bakıya qayıdır”.
RƏŞAD


