“Araz-Naxçıvan”da Rövşən Hüseynlini o əvəz edəcək - ÖZƏL

19.04.2022 16:17 758
İdman
Rövşən Hüseynlinin Rusiya "Torpedo"suna keçidindən sonra "Araz-Naxçıvan" qapıçı axtarışlarını davam etdirirdi.

Klubun vitse-prezidenti Mahmud Sadıqovun “Football-plus.az” saytına verdiyi məlumata görə, problem həllini tapıb. Naxçıvan təmsilçisi Rusiyanın 1-ci liqasında çıxış edən Donetsk "Spartak"ının (hazırda komanda dağılıb) qapıçısı Dmitri Bondarevlə razılıq əldə edib. Futzalçı artıq sifariş də olunub və çempionat oyunlarında iştirak etməsində problem yoxdu.

GÜNAY VƏLİYEVA