Qana yığması dünya çempionatında keçirəcəyi ilk oyunda aparıcı oyunçularından birindən yararlana bilməyəcək.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Tomas Parti Kanadaya səfər vizası ala bilməyib. 32 yaşlı futbolçu bu səbəbdən iyunun 18-də Panamaya qarşı Kanadada keçiriləcək oyunu buraxacaq.
Tomasa viza verilməməsi ilə bağlı qərar Kanada hökuməti tərəfindən qəbul edilib. Ölkənin qanunlarına əsasən, cinayət törətmiş və ya cinayətə görə ittiham olunmuş şəxslərin ölkəyə girişinə icazə verilməyə bilər.
Parti 2025-ci ilin iyulunda “Arsenal”da çıxış edərkən London polisi tərəfindən bir neçə təcavüzlə bağlı ittiham olunub. Lakin futbolçu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və məhkəmə prosesini gözləyir.