Qaret Beylin “Barselona” (0:4) matçı niyə buraxdığına aydınlıq gəlib.
Təcrübəli uelsli futbolçu bud əzələsində və kürəyindəki problemə görə vacib oyunda iştirak edə bilməyib. Buna baxmayaraq, onun milli komandaya DÇ-2022-nin Avstriya ilə martın 24-də keçiriləcək pley-off matçında kömək etmək şansı var.