Mareska “Etihad”a qayıtdı

3.07.2026 22:00 19
Dünya futbolu
Nəhayət, çoxdan gözlənilən hadisə reallaşıb: Entso Mareskanın “Mançester Siti”yə baş məşqçi təyin olunduğu rəsmən açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssislə müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, Mareska sonuncu iş yeri olan “Çelsi”dən ötən mövsümün gedişində ayrılıb. Onun 2022-23-cü illərdə Xosep Qvardiolanın başçılıq etdiyi məşqçilər korpusunda işlədiyini, həmçinin əvvəllər klubun gənclərdən ibarət komandasını çalışdırdığını da qeyd edək.

Yeri gəlmişkən, “Çelsi” Mareskanın MS-yə baş məşqçi təyin olunmasından sonra rəsmi bəyanat yayıb. Bəyanatda 2025/26 mövsümündə yaşanan uğursuzluğun əsas səbəblərindən birinin Mareskanın mövsümün gedişində istefaya yollanmasının olduğu bildirilib. London klubunun açıqlamasına görə, italiyalı mütəxəssis hələ 2025-ci ilin payızında mövsümün sonunda Qvardiolanı əvəzləmək istədiyini rəhbərliyə çatdırıb. Dekabrında isə istefa verərək vəzifəsindən ayrılıb.

Bəyanatda o da qeyd olunub ki, “Çelsi” rəhbərliyi oyunçuların və klubun maraqlarını qorumaq üçün istefanı qəbul edib. Həm MS, həm də Mareska ilə kompensasiya ödənişini nəzərdə tutan məxfi razılaşmalar əldə olunub.