İstefası qaçılmaz oldu

3.07.2026 19:26 17
Dünya futbolu
Ronald Kuman Niderland yığmasının baş məşqçi vəzifəsindən ayrılıb.

"Football-plus.az" xəbər verir ki, bu qərar DÇ-2026-nın 1/16 finalında Mərakeşə məğlubiyyətdən sonra verilib. Təcrübəli mütəxəssis istefa qərarını sosial şəbəkə hesabı vasitəsilə bəyan edib.

Niderland yığması əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda penalti seriyasında Mərakeşə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Kuman matçdan sonra taktiki qərarlarına yönələn tənqidlərin onu narahat etmədiyini bildirmişdi.