Almaniyadan İspaniyaya geri döndü

3.07.2026 23:52 7
Dünya futbolu
Alexandro Qrimaldo karyerasını “Atletiko”da davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, paytaxt klubunun rəsmi saytının məlumatına görə, 30 yaşlı futbolçu ilə müddəti 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalanıb. Jurnalist Fabritsio Romano transferin dəyərinin bonuslar istisna olmaqla təxminən 20 milyon avro təşkil etdiyini bildirib.

Qrimaldo 2023-cü ilin yayından “Bayer-04”də çıxış edirdi. O, Almaniya klubunda keçirdiyi 145 oyunda 30 qol vurub, 45 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Qrimaldo hazırda DÇ-2026-da iştirak edən İspaniya yığmasının sıralarındadı.