Xosep Qvardiola İngiltərədə komandasından gözləntilərin həddən artıq olmasından narazıdı.
“Mançester Siti” hazırda İngiltərə premyer-liqasında əsas izləyicisi “Liverpul”u 1 xal qabaqlamaqla liderdi. Komandanın ispaniyalı çalışdırıcısı ölkə futbol ictimaiyyətində formalaşan bəzi fikirlərə münasibətini bildirib:
“Kristal Pelas” ilə oyunda xal itirmək olar, hərdən belə büdrəmə mümkündü. Çoxları “Mançester Siti”nin cədvəldə “Liverpul”u 10 xal qabaqlamalı olduğunu düşünür. Bunu başa düşmürəm. Bu çətindi. “Kristal Pelas” ilə oyuna münasibətimiz “Sauthempton”la matça yanaşmamız kimidi. Bu oyunların hər birinin əhəmiyyəti eyni dərəcədədi”.