“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı

3.07.2026 18:55 16
Avrokuboklar
“Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə (İslandiya) qarşı keçiriləcək oyunun biletlərinin satışı ilə bağlı azarkeşlərə müraciət edib.

"Football-plus.az" xəbər verir ki, müraciətdə bilet satışının müvəqqəti dayandırıldığı, buna texniki problemin səbəb olduğu bildirilib.

Bildirilib ki, "iticket.az"da yaranan ləngimənin əsas səbəbi DigitalOcean Managed Database xidmətində baş vermiş texniki nasazlıqdı.

“Əziz “Qarabağ” azarkeşləri. Biletlərə göstərdiyiniz böyük marağın fərqindəyik. Saytda yaranmış ləngimənin əsas səbəbi DigitalOcean Managed Database xidmətində baş vermiş texniki problem və bunun nəticəsində database performansının zəifləməsi olub. Bilet satışı sabah, 4 iyul saat 15.00-da başlayacaq. Narahatlığa görə üzr istəyirik”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul