Gözlənilən keçid rəsmiləşdi

3.07.2026 19:57 10
Dünya futbolu
Gözlənildiyi kimi, Qonsalo Ramuş karyerasını İtaliyada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, PSJ-dən ayrılan 24 yaşlı futbolçu “Milan”la müqavilə imzalayıb. Tərəflər arasında imzalanan sözləşmənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Qonsalo ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 45 matçda meydana çıxıb. Portuqaliyalı forvard 12 qol vurub və 2 məhsuldar ötürmə edib.