"Qarabağ" - "Vestri" matçına bilet almayan qaldı?

3.07.2026 18:25 24
Avrokuboklar
Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) matçının biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, satış prosesi saat 15.00-dan etibarən başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manata satışa çıxarılıb.

Biletləri yalnız "iticket.az"ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündü. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər "iticket.az"ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

“Qarabağ” - “Vestri” görüşü iyulun 9-da saat 20.00-da başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul