"Qarabağ”ın sabiq futbolçusu Kevin Medina yeni klubunda rəsmən təqdim edilib.
"Football-plus.az" xəbər verir ki, kolumbiyalı müdafiəçi Malayziyanın "Darül Təzim" klubu ilə müqavilə imzalayıb. Klub 32 yaşlı futbolçunun təqdimat görüntülərini sosial şəbəkə hesablarında paylaşıb.
Medina yeni komandasında 81 nömrəli formanı geyəcək.
Futbolçu 2020-ci ildən “Qarabağ”ın formasını geyirdi. O, ötən ay Ağdam təmsilçisindən ayrılıb.