Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi

3.07.2026 15:22 34
Ölkə futbolu
"Araz-Naxçıvan"da baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hüseynova məşqçi kimi Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov kömək edəcəklər. Məşqçilərlə 1 illik müqavilə imzalanıb.