Növbəti oyunu buraxacaq

3.07.2026 22:29 9
Dünya futbolu
Braziliya yığması ciddi itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Lukas Paketa zədə səbəbindən DÇ-2026-nın 1/8 final oyununu buraxacaq. Yaponiya üzərində 2:1 hesablı qələbə ilə başa çatan 1/16 final matçında budun arxa nahiyəsində ağrı hiss edən futbolçu ilk hissəni başa vursa da, fasilədə əvəzlənmişdi.

Braziliya Futbol Konfederasiyasının məlumatına görə, tibbi müayinə nəticəsində futbolçunun sol budunun arxa əzələsində zədə olduğu təsdiqlənib. Paketa bu zədə səbəbindən dünya çempionatının 1/8 final mərhələsində komandasına kömək edə bilməyəcək.

Braziliya 1/8 finalda Norveç ilə qarşılaşacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul