• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Titulların sayının artmasını, başqaları üçün əlçatmaz olmasını arzulayıram” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

20-03-2022, 21:0

Hər dəfə “Neftçi”nin premyer-liqa, ölkə kuboku, avrokubok matçlarına gedərkən jurnalistləri sakit tərzdə, gülərüz qarşılayan biri olur.

O, media mənsublarının işinin asanlaşması üçün əlindən gələni edir, görüşlərin protokolunun təşkilinə çalışır. Söhbət Habil Hacıyevdən gedir. “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin sayt və sosial şəbəkələr üzrə redaktoru ömrünün 18 ilini kluba həsr edib. Bu məqam onunla danışmağa kifayət edir. Görəsən, uzun illərdi “ağ-qaralar”ın əməkdaşı olan Hacıyev 85 illik yubley münasibəti ilə nə arzulayır? Bu müddət ərzində həmkarımızın başına hansı maraqlı hadisələr gəlib? O, “Neftçi”yə əməkdaşı olduğu üçün bağlıdı, yoxsa qəlbində kluba xüsusi sevgi var? Gəlin, bu və başqa sualların cavabını Habil bəyin dilindən eşidək.

- "Neftçi" ilə tanışlığınız necə başladı?

- Əvvəlcə diqqətinizə görə təşəkkür edirəm. “Neftçi” ilə tanışlıq deyəndə, uşaq vaxtlarından futbol oynamağı çox sevmişəm. Mərdakanda bina evlərində yaşayırdıq. Uşaq olanda həyətə düşüb, dostlarımla bütün gün futbol oynayardım. Təbii ki, həmin dövrdə hamımızın tək komandası var idi. Söhbət “Neftçi”dən gedir. Bu komanda ilə tanışlıq həmin dövrdən başladı.

- "Neftçi"yə işlədiyiniz yer olduğu üçün bağlısız, yoxsa qəlbinizdə bu komandaya məhəbbət var?

- Həqiqətən işimlə bağlı deyil. Dediyim kimi, uşaqlıqdan futbol xəstəsi olmuşam. O zaman SSRİ çempionatının oyunlarını izləyirdim. 1979-cu ildə doğulmuşam. 1987-88-ci illərdə “Neftçi” güclülər dəstəsində çıxış edirdi. Mən də oyunları izləyirdim. Atam futbol azarkeşi olmayıb. Babamla oturub, “Neftçi”nin oyunlarına baxırdıq. O, güclü “Neftçi” azarkeşi idi. İlk dəfə tələbə olanda flaqmanın oyunlarını stadiondan izləməyə başladım. Onda “Neftçi”də çalışmırdım. 2004-cü ildən, 24 yaşım olandan burda işləməyə başlamışam. Amma yenə deyirəm, uşaqlıqdan bu kluba bağlanmışam, tələbəlik illərindən tribunalarda oyunlarını izləmişəm. Düzdü, özümü çılğın azarkeş saymıram. Məsələn, “Neftçi”nin daha bir əməkdaşı var - Çingiz Həsənov. O, flaqmanın fanatı olub. Onunla özümü müqayisə edəndə çılğım olmadığım bəlli olur. Yenə deyirəm, mənimki futbol sevgisidi. Həmişə deyirəm ki, buna görə atama borcluyam. Çünki o, məni bu sahədən uzaq tutmağa çalışsa da, alınmadı. Bu səbəbdən də Memarlıq və İnşaat Universitetini bitirməyimə baxmayaraq, jurnalist fəaliyyəti ilə məşğul olmuşam. 2004-cü ildə, cəmi 1 ay “Futbol+qol” qəzetində fəaliyyət göstərdim. Ondan sonra da “Neftçi”dən dəvət aldım. Məni bu işə həmin vaxt icraçı direktor olan Misir Əbilov çağırmışdı. Bu günə kimi də “Neftçi”də sevgi ilə çalışıram.

- 18 ildi bu klubdasız. Yəqin başınıza çox hadisə gəlib. Bunlardan sizin üçün ən maraqlısı və ya qəribəsi hansı olub?

- Bu gün başımız o qədər qarışıqdı ki, adamın ağlından çox şey çıxır. Yubiley tədbiri ilə bağlı çoxlu iş görürük. Düzdü, əslində “Neftçi”nin 85 yaşı bu gün tamam olmur. Amma neçə müddətdi belə qəbul olunub deyə, bu günü əsas götürürük. 1937-ci il martın 15-də “Neftçi”yə SSRİ çempionatında iştirakının təsdiqlənməsiylə bağlı teleqram daxil olub. Yəni bu o deməkdi ki, klub daha əvvəl fəaliyyətə başlayıb... O vaxt “Karvan” təzə yaranmışdı. Yevlaxa səfər etmişdim. Həmin gün stadionun açılışı idi. İlk oyun olduğu üçün arena azarkeşlərlə dolu idi. Yaşlı qadınından tutmuş, qoca kişilər, həmçinin gənclər və uşaqlar oyuna baxmağa gəlmişdi. Həmin görüşdə hesabı biz açdıq, Zaur Tağızadə fərqləndi. “Neftçi”nin bir neçə əməkdaşı bir yerdə əyləşmişdik. Qol vurulanda sevincimizdən qışqırdıq. Yanımızda oturan yaşlı xanımlardan biri qışqırdı ki, “a bala, nəyə sevinirsiz? Onların “Neftçi”si qol vurub e, bizim “Neftçi” yox” (gülür). Yəni belə şeyləri görəndə adam sevinir ki, hamı “Neftçi” adını eşidəndə köhnə dövrlər yada düşür. Görün bu komanda necə dəyərli və böyükdü ki, Yevlaxdakı stadiona gələnlər komandalarının “Neftçi” yox, “Karvan” olduğunu bilmirdilər.

- Bəs ən sevincli anınız?

- Düşünürəm ki, “Neftçi”də çalışmağa başladığım ilk gün ən sevincli anımdı. 2004-cü il fevralın 4-də əmrim yazılsa da, 7-dən çalışmağa başlamışam. Binadan içəri girən kimi Kazbek Tuayev qarşıma çıxdı. Məndən soruşdu ki, cavan oğlan, sizə nə lazımdı? Sonra da cins şalvar geyinən Vidadi Rzayevi gördüm. Bu, mənim üçün ən sevincli an idi. Çünki həmişə şortda gördüyüm adamlar normal geyimdə idi. Onlarla söhbət etmək, danışmaq imkanım olurdu. Bu, mənim üçün xüsusi sevincli məqam idi. Amma ümumilikdə “Neftçi”də işlədiyim 18 il ərzində qazandığımız bütün çempionluqlar da mənim üçün önəmli və sevindiricidi.

- Övladlarınıza "Neftçi" sevgisini aşılaya bilmisiz?

- Bayaq dediyim kimi, mən futbol oynamağı sevirəm, nəinki baxmağı. İndi ancaq işimlə bağlı “Neftçi”nin oyunlarını izləyirəm. Övladım da ayağı yer tutandan futbol oynayır. “Gözümün qurdunu öldürmək” üçün mən də onunla birgə oynamışam. Bu səbəbdən də onda uşaqlıqdan futbol sevgisi yarandı. Atasının da “Neftçi”də işləməsi bu komandaya sevgi yaratdı. Təbii ki, ölkə çempionatının oyunlarında flaqmana azarkeşlik edirdi. İndi hamıya maraqlıdı ki, niyə keçmiş zamanda danışıram. Çünki oğlum 8 yaşı olandan futbolla məşğul olur. Əvvəlcə “Leon”da 2, daha sonra “Stars Yunayted”də 2 il top qovdu. Və nəhayət, sonda “Neftçi”yə transfer olundu. O, öz oyunu ilə diqqətləri cəlb etdi. Atası burda işləyir deyə “Neftçi”yə keçmədi. Belə olsaydı, elə 4 il əvvəl bunu edərdik. Sözün əsl mənasında “Neftçi”də oynamağa layiq olduğu üçün bura transfer olundu. Bundan sonra onda flaqman sevgisi ikiqat artdı. Oğlumun burda çıxış etməsi mənim kluba olan sevgimi daha da artırdı. Əvvəllər, sadəcə, “Neftçi”nin əməkdaşı idim. Amma indi həm oğlum, həm də mən klubun bir parçası, üzvüyük. Bu, mənim üçün əlavə motivasiya oldu. Düzdü, 18 ildi burdayam. İşimə həmişə sevgi ilə yanaşmışam. Amma həqiqətən oğlumun da yanımda olması mənə daha çox sevinc bəxş etdi.

- 85 illik yubley münasibəti ilə komandaya nə arzulayırsız?

- Titulların sayının artmasını, başqaları üçün əlçatmaz olmasını arzulayıram. Avrokuboklarda çempionluqlar qazanmasını istəyirəm.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər
Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Dünən, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 10:00
    Karyerasını başa vurdu
  • Dünən, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
Daha çox
Oxunub: 498
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 207
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 186
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə