"Kəpəz"dən yeni transfer

25.07.2022 09:16 495
Premyer-liqa
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Football-plus.az xəbər verir ki, Gəncə təmsilçisi son təmsilçisi “Sumqayıt” olan Yusif Nəbiyevi heyətə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Nəbiyev "Sumqayıt"dan əvvəl "Qəbələ" və "Zirə"də çıxış edib. Cinah müdafiəçisi Azərbaycanın U-21 yığmasında 3 oyunda iştirak edib.