"Sumqayıt" Fernando Medeirosu

7.07.2024 13:01 362
Ölkə futbolu
Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, son mövsümü Albaniya “Eqnatiya”sında keçirmiş Fernando Medeiros ilə 2+1 illik müqavilə imzalanıb.

28 yaşlı braziliyalı yarımmüdafiəçi "Sumqayıt"da “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeiros karyerası boyunca bu klubla yanaşı “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense”, “Eqnatiya” kimi klubların şərəfini qoruyub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul