Futbol üzrə 23-cü dünya çempionatı davam edir.
“Football-plus.az” xəbər verir ki, gecə H qrupunun İspaniya – Kabo Verde oyunu ilə başlayıb. Məhz bu oyunda hələ ki turnirin ən böyük sensasiyası qeydə alınıb. Avropa çempionu DÇ-nin debütantının müqavimətini qıra bilməyib.
İspaniya – Kabo Verde 0:0
Bakı vaxtı ilə 23.00-da G qrupunun Belçika – Misir, gecə saat 2-də isə H qrupunun Səudiyyə Ərəbistanı – Uruqvay oyunu start götürəcək.