Avstraliya DÇ-2026-da qrup mərhələsinin 1-ci turunun ən sürpriz nəticələrindən birinə imza ataraq Türkiyəni 2:0 məğlub etdi.
Bu qələbə mundiallarda o qədər də zəngin tarixə malik olmayan Avstraliya futbolunda xüsusi iz buraxıb. Belə ki, ''kenqurular'' tarixlərində ilk dəfə dünya çempionatı çərçivəsində bir Avropa ölkəsini iki top fərqi ilə məğlub ediblər!
Ümumilikdə isə Avstraliya tarixi ərzində mundial çərçivəsində cəmi 5-ci qələbəsini qazandı. Bu komanda daha öncə DÇ-2006-da Yaponiyanı 3:1, DÇ-2010-da Serbiyanı 2:1, eləcə də DÇ-2022-də Tunis və Danimarkanı 1:0 məğlub etmişdi.