Kot d'İvuar və İsveçdən qələbə - DÇ səhəri

15.06.2026 10:00 19
Dünya futbolu / DÇ 2026
Futbol üzrə 23-cü dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, gecə saat 03.00-da E qrupu çərçivəsində keçirilən matçda Kot d'İvuar Ekvadoru məğlub edib - 1:0.

F qrupunda Niderland Yaponiyanı, İsveç Tunisi sınağa çəkib. 00.00-da start götürən Niderland - Yaponiya görüşündə "sülh" qeydə alınıb. 06.00-da başlayan qarşılaşma İsveçin böyükhesablı qələbəsiylə başa çatıb - 5:1.

Kot d'İvuar - Ekvador 1:0
Amad Diallo, 90.

İsveç - Tunis 5:1
Yasin Ayari, 7; 90+5. Aleksander İsak, 30. Viktor Dyökereş, 59. Mattias Svanberq, 86 - Omar Pekik, 43.

Niderland - Yaponiya 2:2
Vircil van Diyk, 50. Krisensio Sammervill, 64 - Keyto Nakamura, 57. Daiti Kamada, 88.
Bu gün keçiriləcək oyunların proqramı:
20.00. İspaniya - Kabo Verde
23.00. Belçika - Misir