AFFA-nın baş katibi FİFA-nın sammitində

15.06.2026 18:27 9
Ölkə futbolu
Bu gün ABŞ-ın Mayami şəhərində FİFA İcraedici Futbol Sammiti keçirilir.

"Football-plus.az" xəbər verir ki, DÇ – 2026 çərçivəsində təşkil olunan tədbirdə AFFA-nı baş katib Cahangir Fərəcullayev təmsil edir.

Tədbir zamanı gənc futbolçuların inkişafı və strategiyaya həsr olunmuş rəsmi sessiyalar keçirilib, eləcə də, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.