Bir neçə həftədi zədəli olan Lamin Yamalın səhhəti ilə bağlı növbəti xəbər yayılıb. Onun dünya çempionatına zədəli yollanacağı məlum olub.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın yeniyetmə futbolçusu İspaniya yığmasıyla DÇ-2026-da iştirak edəcək. Problem odu ki, 18 yaşlı vinger nəhəng turnirin ilk oyunlarını buraxa bilər. “The Athletic” nəşrinin məlumatına görə, Lamin dünya çempionatının qrup mərhələsində Kabo Verdeyə qarşı keçiriləcək ilk matçda forma geyə bilməyəcək. Bununla yanaşı, onun iyunun 21-də Səudiyyə Ərəbistanı ilə nəzərdə tutulan ikinci oyunda iştirakı da sual altına düşüb.
DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İspaniya qrup mərhələsində Kabo Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.