"Kəpəz"in sabiq qapıçısı "Şəfa"da

15.06.2026 16:30 12
Ölkə futbolu
"Kəpəz"dən ayrılan futbolçu Məmməd Hüseynovun yeni klubu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı qolkiper "Şəfa"ya keçib. Qapıçı ilə 1 illik müqavilə imzalanıb. “Qarabağ”ın yetirməsi olan Məmməd Hüseynov “Zirə”də də oynayıb.

Yeni mövsümdən Misli premyer-liqasında çıxış edəcək "Şəfa" Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev və Murad Musayevi də transfer edib.