Misli premyer-liqasını tərk edən “Karvan-Yevlax”ın “İmişli” ilə oyunundan sonra baş məşqçisi Fizuli Məmmədov rəhbərliklə görüşəcəyini və yalnız bundan sonra taleyinə aydınlıq gələcəyini demişdi. Məmmədov artıq istefaya göndərilibsə, deməli, görüş onun ürəyincə olmayıb.
Fizuli bəyin “Football-plus.az”a açıqlaması: “Son mətbuat konfranslarında da mən klubla görüşün keçiriləcəyini söyləmişdim.