"Karvan-Yevlax" Fizuli Məmmədovla yolları ayırdı

29.05.2026 17:19 19
Ölkə futbolu
"Karvan-Yevlax" baş məşqçi Fizuli Məmmədovla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə başa çatan müqavilə artırılmayıb.

Qeyd edək ki, Fizuli Məmmədov 2025-ci ilin noyabrından "Karvan-Yevlax"ı çalışdırırdı. Mövsümü 15 xal sonuncu pillədə başa vuran Yevlax təmsilçisi premyer-liqanı tərk edib.