• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ümid edirəm ki, məni əlindən gələni etməyə çalışan yaxşı bir insan kimi xatırlayacaqsız”

Dünya futbolu

2-09-2024, 23:0

“Latsio”nun, İngiltərə yığmasının və “Mançester Siti”nin sabiq baş məşqçisi Sven-Yoran Eriksson ömrünün 77-ci ilində dünyadan köçdü.

İsveçli mütəxəssis “xərçəng”in terminal mərhələsində idi – həkimlər ona sağalmasının mümkünsüz olduğunu demişdilər. Erikssonun onkoloji xəstə olduğunu dünya bu ilin yanvarında bildi. Publikadan gizlənməməyə qərar verən mütəxəssis durumunu özü açıqladı. Yanvarda P1 radiostansiyasının efirində ona mədəaltı vəzin xərçəngi diaqnozunun qoyulduğunu etiraf etdi:

“Hər kəs ağır xəstə olduğumu görür və güman edir ki, bu, “xərçəng”di. Bəli, belədi. Ancaq xəstəliklə mümkün qədər uzun müddət mübarizə aparmalıyam. Ən yaxşı halda bir ilimin qaldığını bilirəm. Ancaq bacardığım qədər mübarizə aparacağımı vəd edirəm. Həkimlər nə vaxtdan bəri xəstə olduğumu bilmir, bəlkə bir aydı, bəlkə də bir ildi”.

Sven-Yoran kişi kimi hərəkət etdi – təkcə xəstəliyi haqda danışmadı, həm də ömrünün son aylarını maksimal dərəcədə hər kəs üçün açıq şəraitdə yaşadı. Bu işdə ona futbol dünyası da yardım etdi.
Əvvəlcə “Liverpul” prosesə qoşuldu. Eriksson müsahibələrinin birində təəssüf hissi ilə etiraf etdi ki, həmişə bu klubu çalışdırmaq istəyib:
“Həmişə “Liverpul”u çalışdırmağı arzulamışam. Atam hələ də “qırmızılar”a azarkeşlik edir, mən də həmişə onları dəstəkləmişəm... Odu ki, bəli, “Liverpul”u çalışdırmaq arzum olub, ancaq bu daha heç vaxt baş verməyəcək. Kədərlidi, ancaq nə etmək olar”.

“Liverpul” müsahibədən xəbər tutan kimi Erikssonu “Ayaks” ilə əfsanələrin oyununda komandanın “sükanı arxasında” olmağa dəvət etdi. Onda hələ “Liverpul”u çalışdıran Yürgen Klopp belə demişdi:
“Mənim üçün çox duyğulandırıcı xəbər oldu. Onun “Liverpul”a heyranlıq duymasından, sevgisindən, həmişə bu komandanı dəstəkləməsindən ilk dəfə xəbər tutdum. Deyə biləcəyim yeganə söz budu ki, onun bura gəlməsindən çox məmnun olarıq. İstəsə, gəlib bu ofisdə - mənim yerimdə günboyu əyləşə, işimi görə bilər. Bu heç də problem deyil”.

Gerçəkdən Eriksson arzuladığı kimi bir oyunda “Liverpul”a rəhbərlik etdi. Özü də hər şey ciddi şəkildə oldu. Oyun “Enfild”də keçirildi, dolu tribunalar “You'll Never Walk Alone” oxudu, isveçlinin komandası isə “Ayaks”a 4:2 hesabıyla qalib gəldi. Sven-Yoran oyundan sonra göz yaşını saxlaya bilmədi. Ardından əsl turne başladı – ünlü mütəxəssis, demək olar ki, çalışdırdığı bütün klublara baş çəkdi. “Benfika”nın (1980-ci illərdə bu komanda ilə Portuqaliyada və Avropada dominantlıq edib) qonağı oldu, UEFA kubokunu qazandırdığı “Göteborq”un “sükanı arxasına” keçdi (orada onu “bunun harda bitəcəyini bilmirəm, amma hər şeyin hardan başladığını bilirəm” pankartı ilə qarşıladılar), İtaliya kubokunu qazandırdığı “Sampdoriya”nın düşərgəsində oldu. Sonuncu dayanacaq, təbii ki, “Latsio” – yəqin ki, Erikssonun karyerasındakı əsas komanda oldu. O, romalılarla skudetto və bəzi başqa titullar (ümumilikdə 7) qazanıb. Klub bunların hamısını meydanda qoymuşdu, isveçli mütəxəssis tribunaların alqışları altında həmin qənimətlərə heyranlığını gizlətmədi.

Təəssüf ki, get-gedə Erikssonun halı pisləşirdi – xəstəlik özünü göstərirdi. “Latsio” ziyarətinin ardından ünlü məşqçi, demək olar ki, publikanın gözü önündən çəkildi, yalnız AÇ-2024-də İngiltərə yığmasına azarkeşlik edəcəyini dedi.
Favoritinin qitə çempionatının finalındakı məğlubiyyətindən təxminən bir ay sonra – avqustun 21-də Eriksson avtobioqrafik filmdə dünya ilə vidalaşdı: “Həyatım yaxşı keçdi. Düşünürəm ki, hamımız öləcəyimiz gündən qorxuruq, amma həyat həm də ölümdü. Onu olduğu kimi qəbul etməyi öyrənmək lazımdı. Ümid edirəm ki, məni əlindən gələni etməyə çalışan yaxşı bir insan kimi xatırlayacaqsız. Kədərlənməyin, gülümsəyin. Hər şeyə görə təşəkkür edirəm, məşqçilər, oyunçular, tamaşaçılar! Əla idi! Özünüzün və həyatınızın qayğısına qalın. Onu yaşayın. Hələlik”.
Cəmi 5 gün sonra Eriksson dünyadan köçdü – evində, ailəsinin və yaxınlarının əhatəsində. Həkimlər yanvarda ona maksimum bir il vaxt qoymuşdu – təəssüf ki, cəmi 7 ay davam gətirdi.

...Eriksson 50 illik karyerası boyunca “Latsio”, “Mançester Siti”, “Benfika”, “Roma”, “Fiorentina” və daha onlarla klubu, yığmanı çalışdırdı. İsveçli üç ölkədə çempion oldu, bir dəfə A seriyasında ilin ən yaxşı məşqçisi sayıldı. İngiltərə yığması ilə üç böyük turnirə (DÇ-2002, AÇ-2004, DÇ-2006) qatıldı və bunların hər birində 1/4 finala qədər irəlilədi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-08-2024, 18:0

Məşhur məşqçilər dünyadan köçdü...

Dünya futbolu

26-01-2024, 20:0

Eriksson martda “Liverpul”un əfsanələrini meydana çıxaracaq

İdman

18-12-2023, 16:0

Evertə yenə “xərçəng” diaqnozu qoyuldu

İdman

29-06-2023, 23:0

Həkimlər Navratilovanın sağaldığını təsdiqlədi

Dünya futbolu

20-10-2023, 18:0

Daum ölüm haqda düşünməməyə çalışır

İdman

7-01-2023, 20:0

Navratilovada yenə “xərçəng” tapıldı

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Dünən, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Dünən, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Dünən, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Dünən, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 113
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə