Millimiz üçüncü yeri tutdu - AÇ

14.05.2026 12:38 97
İdman
Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan millimiz 118 xal toplayaraq komanda hesabında Avropa üçüncüsü olub.

Medal qazanan güləşçilərimiz:
Əli Cavadlı (45 kq) - qızıl
Ömər Salmanov (48 kq) - gümüş
Qurban Məcnunov (55 kq) - gümüş
Hüseyn Mustafazadə (51 kq) - bürünc
Orxan Həbibli (65 kq) - bürünc
Zöhrab Səfərov (92 kq) - bürünc