Şahin Diniyev “Şamaxı”da?

13.05.2026 17:45 198
Ölkə futbolu / Aktual
Mövsümün sonunda Ayxan Abbasovun “Şamaxı”dan ayrılacağı heç kimə sirr deyil. Bundan görə də mediada bir neçə baş məşqçinin adı “şirlər”lə hallanır. Əsas namizədlərdən biri də Şahin Diniyevdi.

“Football-plus.az” bu məsələ ilə bağlı Diniyevlə əlaqə saxlasa da, təcrübəli mütəxəssis danışmaq istəmədi. Xatırladaq ki, onun son iş yeri “Səbail” olub.

MÜZƏFFƏR QULUZADƏ